...
  • Bəlkə Bir Gün
  • Dəhnəli Məmməd Hacızadə
  • Bəlkə bir gün
    güzgülənəm mavi dəniz gözlərində,
    Sən də, payız günəşitək şölələnib,bərq vurasan.
    Bitdim artıq bu həsrətin qor-qor olmuş közlərində,
    Baxışınla içimdəki boşluqları doldurasan..
    Bəlkə bir gün
    gəlib gendən seyr elədim gizli səni,
    İstəmirəm acı-acı hıçqırtımı eşidəsən.
    İçin-için ağlayarkən gözü yaşlı görüb məni,
    Nakam qalmış isti,ilıq sevgimizi üşüdəsən.
    Bəlkə bir gün
    yazıqlanıb insaf etdi qədər bizə,
    Bükdü qara əskilərə ömrümüzü,günümüzü.
    Hey yedirtdi kədər-qəmi ömür boyu hədər bizə,
    Əbədi xoş eyləyəydi əvəzində sonumuzu!
    Bəlkə bir gün
    fərahlanam bu həsrəti unudaraq,
    O gün üçün sənə sarı yol gəlirəm nəfəs-nəfəs.
    Ürəyimin atəşini bu yolda mə'şəl tutaraq,
    Yorulmağa qoymur məni,"yürü deyir" içimdə səs.
    Dəhnəli Məmməd Hacızadə
  • iyun 2026, Dəhnəli M. H.

  • 376
Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) Bakı-2026 Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......

Dördlüklər. Onluqlar. Qoşmalar

Firuz Mustafa

Dördlüklər Onluqlar Qoşmalar ποίησις (poeziya) Bakı-2024 dördlüklər onluqlar qoşmalat ποίησις (poeziya) Geniş oxucu və tamaşaçı auditoriyası nı filosof, nasir və......