...
  • Bayatılar
  • Dəhnəli Məmməd Hacızadə
  • Əzizinəm can yarı,
    Ürək para,can yarı.
    Can çıxdı yar yolunda,
    Yenə istər can yarı.
    🥀🥀🥀
    Mən aşiqəm gül yaza,
    Bülbül gülə,gül yaza.
    Tanrı verdiyi ömrə,
    Başdan-başa gül yaza.
    🥀🥀🥀
    Aşiqəm gül yanağa,
    Gül üzə,gül yanağa.
    Qəlbində sevgi olsa,
    Nur gələr gül yanağa.
    🥀🥀🥀
    Aşiqəm bax mən sarı,
    Heç sayar tərlan sarı.
    Könlüm yara bağlayıb,
    Yaramı özün sarı.
    🥀🥀🥀
    Əzizim yara bağlar
    Bağlanıb yara bağlar.
    Həsrətini çəkməkdən,
    Ürəyim yara bağlar.
    🥀🥀🥀
    Mən aşiq gül bəxtinə,
    Düşmüşəm gül bəxtinə.
    Mənimtək sevənin var,
    Mutlu ol,gül bəxtinə.
    🥀🥀🥀
    Əzizinəm gül ömrüm,
    Bəxtin açıb gül ömrüm.
    Gözəl gözlü yarım var,
    Sevin ömrüm,gül ömrüm.
    🥀🥀🥀
    Əzizim aylı gecə,
    Ulduzlu,aylı gecə.
    Yuxu tutmadı gözüm,
    Gör neçə saylı gecə.
    🥀🥀🥀
    Əzizinəm tək eşqim,
    Sonsuz eşqim,tək eşqim.
    Bəsdir acı yaşatdın,
    Az mənə dağ çək eşqim.
    Dəhnəli Məmməd Hacızadə
  • yanvar 2026, Dəhnəli M. H.

  • 429
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......