...
  • Yuval Noah Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”
  • Ceylan Mumoğlu
  • Öz ölkəsində (İsrail) milli bestsellerə, otuzdan çox ölkədə nəşriyyatların sensasiyasına çevrilmiş Yuval Noah Hararinin “Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının ana dilimizə tərcümə olunub satışa çıxarılmasını dünən dostlardan birinin paylaşmalarında gördüm və çox fərəhləndim. Professor Hararinin "Sapiens"lə (non fiction) uğur qazanmasının əsas səbəbi bizləri ağlımıza gəlməyən şeylər haqqında düşündürməyə vadar etməsi oldu. Məsələn, Homo Sapiens niyə planetdə hakim növə çevrildi, qeybətin genetik meyilinin dilin formalaşmasında hansı rolu oldu, bəşəriyyətin sağ qalmasına sadəcə təsəvvür (təxəyyül) səbəb idimi və s.
    Təkcə beş səbəb göstərməklə bu kitabın oxunmasının insanların dünyagörüşünə yeni şeylər qatacağından əminəm.
    1. Homo növündən olan heyvanlar
    2. İdrak (koqnitiv) inqilabı, sapienslərin yeni dili.
    3. Biz kimik? Müasir insan.
    4. Təkamül kodu: insan daha xoşbəxt ola bildimi?
    5. Uğurlu heyvanların məyus olmuş tanrılara çevrilməsi.
    --------------------✍️
    Kitabdan altını cızdığım fikirlər:
    "Homo Sapiens hər şeydən əvvəl dünyanı özünəməxsus dili ilə fəth etdi".
    "Sosial araşdırmalar qeybət sayəsində bir yerdə dayana bilən "təbii" qrupun sərhədinin 150 nəfər olduğunu göstərmişdir. Qrup bundan böyük olduğunda çox insan başqalarını nə yaxından tanıya bilir, nə də təsirli şəkildə qeybət edə bilir".
    "Həyatımızın hər anında nə qədər çox əşyamızın olduğunu, ancaq yeni evə köçərkən fərq edirik".
    "Düşüncələr, inanclar, hisslər dünyasını başa düşmək daha çətindir".
    "Kim bilir, neçə gənc universitet məzunu çox çalışıb, yaxşı pullar qazanacağını düşünərək böyük firmalara işə girir və ancaq otuz beş yaşından sonra bu işlərdən ayrılaraq həqiqi istədiklərini etməyə başlayırlar".
    "İnsanlar xəyali nizam yaradıb, yazını icad etdilər və bu ikisi bioloji mirasımızın boş buraxdığı yerləri doldurdu".
    "İnsanlar belə hekayələrdən çox məzlumların qələbə qazandıqları hekayələr istəyərlər, amma tarixdə ədalət yoxdur".
    "Həyat mənasız yarışdır".
    Elmi ədəbiyyatı sevən bütün kitabsevərlərə tövsiyə edirəm. Mütləq oxuyun.
  • noyabr 2017, Ceylan M.

  • 211
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......