...
  • Yuval Noah Harari "Homo deus. Sabahın qısa tarixi"
  • Ceylan Mumoğlu
  • “Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının həmən ardından onun davamı olan "Homo deus. Sabahın qısa tarixi" kitabını oxumamaq, mənə görə natamamlıq hissi yaradardı. Çünki insan maraqda qalır, görəsən, keçmişimizi fərqli fikirləri ilə qələmə alan bu tarixçi gələcəyimizə necə baxır, necə proqnozlaşdırır, bugünümüzlə gələcəyi necə bağlayır, hansı nəticələri çıxarır və s. Kitabın ilk nəşri 2015-ci ildə İsraildə ivrit dilində yazılıb. Mən oxuduğum versiya 2016-cı ilin dekabr ayında türk dilinə çevrilmiş tərcümədir.
    Hararinin "Homo Deusu" da "Sapiens" qədər maraqlıdır, hətta bəzi oxuculara hadisələrə yanaşma tərzinə görə daha maraqlı gələ bilər.
    Kitabın mərkəzi tezisləri bunlardır:
    - Orqanizm bir alqoritmdir, insan bölünməz fərd deyil, bir çox fərqli alqoritmin cəmidir. Alqoritmlər azad olmayıb genlər və ətraf aləmin təzyiqlərilə formalaşır.
    - Verbal /dil inqilabları 70 000 il boyunca insanları müşayiət edir.
    - İnsanlar "intersubyektiv reallıq" daxilində (ölkələr, sərhədlər, dinlər, pul) yaşayırlar.
    - Ölümsüzlüyün hədəf seçilməsi, super insan qüdrətinə malik olmaq, Homo Deusa yönəlmək.
    - Humanizm hakim din forması olacaq, XXI əsrdə humanizm insanları xoşbəxtlik, güc və əbədilik axtarmağa sövq edəcək.
    - İnsanmərkəzçi dünyagörüş yerini məlumatmərkəzçi dünyagörüşə (dataizmə) verəcək.
    Beləliklə, professor Harari tarixin gedişatını təftiş edərək, bəşəriyyətin (homo sapiens) əldə etdiyi təcrübələri təsvir edir, nailiyyətləri göstərir və gələcək insanın obrazını çəkir. Bir çox fəlsəfi aspektlər, insan təcrübəsi, individualizm, emosiyalar, şüur yoxlanmışdır. Sonda tarixçi yenə qarşımıza sual qoyur: zəka, yoxsa şüur daha qiymətlidir? Şüursuz, amma ali zəkalı alqoritmlərlə gündəlik həyat necə olacaq?
    -------------------------✍️
    Kitabdan altını cızdığım fikirlər:
    - "Tarixdə ilk dəfə çox yeməkdən ölən insan sayı, qidasızlıqdan ölən insan sayından daha çoxdur".
    - "Öləcəyini bilərək yaşamaq başdan-başa çətin olduğu kimi, ölümsüzlüyə inanıb ölümlə başa çıxmaq daha çətin olacaq".
    - "Tarixi öyrənmək üçün ən yaxşı motivasiya gələcəyi təxmin etmək deyil, özünüzü keçmişdən qurtararaq başqa talelər təsəvvür edə bilməkdir".
    - "Elm dünyanın necə işləməsinə fokuslanır, amma insanların necə davranması lazım olduğuna dair elmi metod yoxdur. Elm insanların oksigen olmadan həyatda yaşamayacağını söyləyər. Bəs cinayətkarları nəfəssiz buraxaraq edam etmək qəbul edilə bilərmi? Elm bu tipli suallara cavab verə bilməz. Sadəcə dinlər lazım olduğunda bizə rəhbərlik edir".
    "Tarixdə ədalət yoxdur. Bir fəlakət yaşandıqda yoxsullar hər zaman zənginlərdən daha çox acı çəkər; fəlakətin səbəbi zənginlər olsa da, nəticələrinə yenə də yoxsullar qatlanacaqlar".
    - "Müharibəni anlamaq istəyirsinizsə, təpədəki komandirlərə, ya da göydəki mələklərə deyil, adi əsgərlərin gözlərinin içinə baxın".
    - "Bərabərlik keçmişdə qaldı, bugünün dəbi ölümsüzlükdür".
  • noyabr 2017, Ceylan M.

  • 146
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......