...
  • Quyu
  • Ceylan Mumoğlu
  • "Rahat yatın, ey nahaq qurbanlar, rəhmətlər sizə" – bu manşeti Tiflisdə “Qardaş qayğısı” (12 noyabr, 1918-ci il) adı ilə yalnız bir nüsxəsi işıq üzü görən qəzetdə oxuyurdum.

    O dəhşətli faciəli günlərdən cəmi altı-yeddi ay keçməsinə baxmayaraq, sanki mənə dünən baş vermiş kimi gəlirdi. Bir tərəfdən məqaləni oxuyur, digər tərəfdən məndən yazı istəmiş müxbir dostum üçün acı xatirələr barədə düşünürdüm. Bunun haqqında düşünmədiyim gün, saat vardımı, bilmirəm. Yenidən içimə sıxıntı çökdü, oturacağa yastılanıb həmin acı xatirələrə qayıtdım. O quyu, ilahi, o quyu yaddaşımdan silinməyəcək...

    Biz doqquz nəfər – beş nəfərimiz şəhərli, dörd nəfərimiz kəndli – arabayla gedirdik ki, yolda erməni qırmızı qvardiyaçılar bizi həbs edib Zabrata apardılar.

    Sonra bir su quyusuna bənzər neft quyusunun yanında dayandılar. Beş şəhərlini gülləbaran edib quyuya tulladılar, digərlərininsə başına nə gəldi, bilmədim, ancaq güllə səsləri hələ də eşidilirdi. Yaralanmışdım, üstümə atılan dörd ölüylə birlikdə quyunun dibindəydim. Bu halda ağlıma ilk gələn "meyitlər soyuyunca (hələ kimin ölü, kimin diri olduğunu anlamasam da) çəkiləri daha da ağırlaşacaq" düşüncəsi oldu. Havalanmış adamlar kimi cəld hərəkət edib bədənimi meyitlərin yükündən qurtarmağa çalışdım. Gücəndikcə böyrümdəki istilikdən hiss etdim ki, yaradan daha çox qan axmağa başladı, bədənimin yuxarı hissəsini xilas etsəm də, ayaqlarım meyitlərin altında qaldı. Cibimdən burun dəsmalımı çıxarıb yaramın üstünə basdım. İsti maye vücudumdan axdıqca məni xoş, sakit rahatlıq bürüyürdü. Dəsmalı yarama daha da möhkəm basdım. Başıma gələn faciənin şokundan huşumu, deyəsən, itirmişdim.

    Ayılanda nəfəsimin çatmadığını və ayaqlarımın üzərindəki meyitlərin ağırlığının acısını hiss etdim. "İlahi, bu nə dəhşətdir, yer üzündə cəhənnəm cəzası deyilən şey varsa, yəqin bu olmalıdır" – deyərək ümidsizliyə qapıldım. Son gücümü toplayıb hərəkət etməyə çalışdım, hərəkət nədir, üstümdəki dörd ölünün ağırlığını kilolarla üzərimə tökülmüş dəmir parçalarının ağırlığı kimi hiss edirdim. Heç cürə tərpənə bilmirdim. Bir an istədim yuxarıya doğru səslənim, imdad diləyim, bağırım, ancaq orda kimin olacağından əmin olmadığımdan vaz keçdim. Hələ ki, bizimkilərin səsini eşitmirdim. Üstümə yenidən ölü atarlarsa, necə olacaqdı? Bu fikrin yaratdığı dəhşət hissi boğazımda düyümə çevrildi.

    Yaram incidirdi, sağ qala bilməyim üçün çox ehtiyatla hərəkət etməliydim, yaxud da elə bu halda ölüb getməliydim. Ayaqlarımı yavaş-yavaş tərpətməyə çalışdım, ölənlərin qanları axıb ayaqlarımı islatmışdı.

    Həmin günlərdə şəhərdə baş verən dəhşətli hadisələrdən xilas ola bilmədik. Axı niyə çıxmışdıq küçəyə? Kaş Səlim və Balabəy Mərdanovları yola gətirə bilsəydim. Yoxsa indi burda üstümdə ölü yatmazdılar. Ailələri necə oldu, İlahi? Yəqin həyəcanla axtarırlar. Bəs mənim ailəm? Ah... Lənətə gəlmiş ermənilər! Alçaq vəhşilər!

    Yox, yox, bizdən adam olmayacaq! 1905-ci il hadisələri belə bizi ayıltmadı. Elə bil, bizi hansısa izaholunmaz qüvvə qəsdən keyləşdirib, hələ də yatırıq! Bu gedişlə illər uzunu yatmağa davam edəcəyik! Ölənlərə rəhmət, qalanlara ibrət deyirik, amma ibrət olmur, qardaş, olmur! Sanki hadisələrin "əbədi qayıdışı"na şüursuz məhkum olunmuşuq.

    Qulağımıza çatmışdı ki, ermənilər bolşevizm bayrağı altında müsəlman firqəsini qırıb-talayıblar. Buna səhlənkarlıqla yanaşmışdıq, hətta ermənilərin evbəev gəzib ziyalı müsəlmanları yığaraq naməlum yerə aparmalarına da inanmamışdıq. Bu ağırlıqda vəhşilik gözləmirdik. Nahaq yerə! Gözləməliydik!

    Acılı düşüncələrdən qəhərləndim, gözlərim yaşardı. Özümə gələndə quyuya düşən işığın azaldığını hiss etdim. Deyəsən, qaranlıq öz pərdəsini yer üzünə çəkməkdəydi. Günəşin hər kəsə səxavətlə payladığı və mənim payıma düşən cüzi şəfəqi son nəfəsini yaşayırdı. Tərslikdən bu dəfə evdən çıxdığımda kibritimi də götürməmişdim, üstəlik, siqaretim üstümdə deyildi. Elə əsəbiləşdim ki, özümə! Qəfildən ağlıma gəldi ki, ölü yoldaşlarımın (necə dilim gəlirdi belə düşünməyə!) ciblərinə baxım. Güclə tərpənib oturan yerdə dikəlməyə çalışdım. Balabəyin cibindən kibrit tapdım, xəzinə tapmış bəxtəvərlər kimi gözlərim işıqlandı, özümə zülm edib digər cibə də siqaret tapmaq sevinciylə əlimi soxmağa çalışdım, ancaq səyim əbəsdi, ayaqlarımın meyitlərin altından qurtulması lazımdı. Hər dəfə meyitləri tərpətdikdə qan qoxusu quyuya yayılırdı. Məni qusmaq tutdu, ögüməyə başladım və qusdum. Bundan sonra da öz qaytardığımın qoxusuna ürəyim bulandı. İyrəndim.

    Hansısa əsərdən oxumuşdum, "turşumuş və qaxsımış iylər birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir, ölürlər". Yəqin quş kimi burda tora düşmüş vəziyyətdə olsaydım, indiyə ölmüşdüm. Hə, axı Adəm övladı hər şeyə öyrəşir!

    Allahım, bu necə cəzadır, çəkirəm! Heç Hz. Yusif quyuya düşəndə bu əzabı çəkməyib. "Əstəğfirullah" – dedim, başım xarab olub, yenidən ayaqlarımı qurtarmağa çalışdım. Ağlıma Hz. Yusif gəlmişkən, dörd ay əvvəl rəhmətə getmiş nənəmi xatırladım. Ölmədən öncə ailəni halallaşmaq üçün çağırmışdı. Mənlə söhbətindən sonra əlimə qara ipli, al-qırmızı məxmər örtüklü, kiçik “Quran” kitabı vermişdi, mən də xoşuna gəlsin deyə elə yanındaca boynuma taxıb nənəmin alnından öpmüşdüm. Əlimi sinəmə doğru apardım, köynəyimin düyməsini açıb, boynumdan asılan həmin kiçik medalyonu çölə çıxardım, burnuma yaxınlaşdırıb gül ətrini ciyərlərimə çəkdim. Bu, məni bir qədər sakitləşdirdi, qoxulamağa davam etdim. Sonra medalyonu qoxusunun itməsi qorxusuyla yenidən köynəyimin içinə saldım. Öz hərəkətimə rişxəndlə güldüm, elə bil, əbədi burda sağ qalacaqdım.

    Bərk susamışdım, mədəmdəkiləri qaytardıqdan sonra isə boğazım qurumuşdu. Vaxtın keçməsiylə də susuzluğumun artacağını yaxşı bilirdim. Artıq əlacım Allaha dua etmək, yalvarmağa qalmışdı. Gecə burda bağırsam, kimsə eşitməyəcəkdi. Bu vəziyyətdə yuxuladım. Səhərin açıldığını quyuya güclə gəlib çatan günəş şəfəqlərindən anladım. Şiddətli baş ağrım vardı. Ayaqlarım da sanki yoxdu, qopmuşdu. Bu halımla özümə o qədər acıdım ki, elə həmin anda ölməyi arzuladım.

    Lakin bir qədər sonra erməni qaniçənlərin törətdikləri vəhşilikləri xatırladım, qəzəbdən gözlərimdə şimşəklər çaxdı. Bu qəzəb o qədər şiddətliydi ki, daxilimdən gələn anlaşılmaz bir qüvvəylə sağ ayağımı dartıb meyitlərin altından çəkdim, bu dəfə ayağımı çıxarmağa nail ola bildim – ancaq sadəcə sağ ayağımı. Bir neçə dəqiqə dizdən bükülmüş sağ ayağımdakı damarlarda qanın hərəkətiylə müvəqqəti sevinc yaşadım. Əlimlə böyrümdəki yaranı yoxladım, xoşbəxtlikdən daha qan axmırdı. Yorğunluqdan gözlərim yumuldu. Bu vəziyyətdə nə qədər qalmışam, bilmədim.

    Başımı qaldıranda yuxarıdan bir qaraltının iplə yavaşca aşağı sallandığını gördüm. Ürəyimə damdı ki, bizimkilərdir, var-qüvvəmi toplayıb, "Kömək edin!" – deyə bağırdım. Qaraltı bir neçə saniyə dayandı, sonra yuxarıya doğru çəkildi. Yəqin qoxunun təsirindən aşağı enməyi mənasız hesab etdilər. Məni burda qoyub gedəcəkləri fikri elə sarsıtdı, elə qorxutdu ki, son gücümü toplayıb, bütün varlığımla bağırdım: "Kömək edin! Burda sağ qalan var!"

    Bir neçə dəqiqədən sonra qaraltının yenidən aşağı endiyini gördüm. Sonrasını xatırlamıram, deyəsən, qüvvətli bağırmadan huşumu itirmişdim. Daha sonra xəstəxana və uzunmüddətli müalicələr başladı. Lakin sağalmağımın ən böyük səbəblərindən biri Cümhuriyyətimizin qurulması oldu. Çəliklərimə söykənərək xəstəxananın pəncərəsindən Bakıya baxdıqca ürəyim açılırdı. Artıq azad idik...
  • iyul 2018, Ceylan M.

  • 194
Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Cənnətiniz batsın

Şümşəd Hüseynova

Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq. Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə?......

Yağış qadın

Şümşəd Hüseynova

İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yanılacaqsan

Şümşəd Hüseynova

Bir yaz axşamı Ay işığında görsəm üzünü, duysam səsini. Kim deyər bezmişəm nur camalından. Ay mənim, bəxtimin qara taleyi. Səni sevmişdim günəşli bir gün, necə......