...
  • Qadın olmaq nədir?
  • Ceylan Mumoğlu
  • On doqquz yaşına çatmış Selcan köksü sevinc dolu, bir ceyran süzərcəsinə həssas addımlarla bibisigilə tələsirdi. Keçirdiyi maraqlı və əyləncə dolu növbəti bir Universitet gününün təəssüratlarını bibisi ilə bölüşəcəkdi. Hələ ağrı-acıdan, həqiqətlərin alında, simada qırışlar buraxdığı həyatın əsil üzündən bixəbər olan bu ərköyün qız məftunedici gözlərinin sehrləyici parıltısı ilə qapı kilidi açıq olan evə daxil olub ayaqqabılarını və gödəkcəsini çıxardı, salona keçdi. Xüsusi bir səliqə-səhmanla paltarları ütüləyib qatlayan və işi bitirmək üzrə olan sevimli bibisinin üstünə atılaraq üz-gözündən öpməyə başladı:

    - Bibi, bu gün bilirsən nələr oldu?

    - Xoş gəldin, qızım! Bir nəfəs al görək hələ, bu günkü çılğınlığının səbəbi nədir? Olmaya Universitetdə yeni bir status almısan?

    - Yox, daha da yaxşısı olub, Universitetimizə gəlmiş bir reklam şirkətinin nümayəndələri mənə çəkiliş üçün rol təklif etdilər.

    Asiya bibinin gülümsər üzü bir anda dəyişdi və ciddi ifadə alaraq:

    - Bəs sən nə dedin?

    Selcan bibisinin ciddiləşməsini tam anlamasa da, doğru qərar verdiyini hiss etdi.

    - Dedim ki, valideynllərimlə müzakirə etmədən hələ ki, bir cavab verə bilmərəm. Onlar da, gözləyərik, dedilər.

    Bibi Selcana bir az da yaxınlaşıb tünd qəhvəyi saçlarını oxşayaraq alnından öpdü:

    - Gözəl qızım, demək ki, səninlə yeni bir, bu dəfə daha fərqli söhbətimizin zamanı gəlib yetişdi. Onsuz bayaqdan mən də susuzam, sən mətbəxə keçib çaydanın altını yandır, süfrəmizi açaq, qəşəng bir çay içək.

    Selcan bibisinin çay söhbətlərinə hər zaman heyran qalırdı. Hətta bu xüsusiyyətinə görə onu "müdrik bibi" da adlandırırdı. Çünki hər söhbətdən sonra yeni bir şey öyrənmiş olurdu.

    Az sonra bibi-bala dostyana bir çay süfrəsində üz-üzə söhbətə başlamışdılar.

    Asiya bibi bu dəfə Selcanla fərqli sual-cavab aparacaqdı. Onu yeni həyatına hazırlamağı, gücləndirməyi, doğru qərar qəbul etməyi öyrətməyi planlamışdı. Selcan yaşına görə artıq müstəqil qərar verə bilməkdə sərbəst olsa da, bibisinin məsləhətlərini qaçırmırdı, bəzi məqamlarda ondan dəstək almağa ehtiyac duyurdu. Bu gün də həmin məqamlardan biri idi, Selcan diqqətini cəmləyərək qulaq asdı.


    - Ailə səninçün nədir?

    - Ailə mənimçün anam, atam, nənəm, babamdır. Təəssüf ki, bacı, qardaşım yoxdur, məni bundan nəsibsiz ediblər. Ailəm bir də sənsən, bibican.

    Şıltaqca gülür.

    Bibi gülümsəyərək:

    - Sənə verəcəkləri sevgi payını paylaşmaq istəməyiblər də.

    - Yaxşı bəhanədir.

    Yenə gülür.

    - Ailə insanların güvənli bir zəminidir, qızım. Əgər bir insan ailəsindən sevgi, diqqət və dəstək görmürsə, həyatda çox şeyi yoxdur deməkdir.

    - Bibi, kövrəltdin məni. Axı indi sənin də valideynlərin, mənim digər nənəm və babam həyatda yoxdurlar.

    - Həyat fasiləsiz hərəkətdədir, dünyaya bir gün gələn bir gün də gedəcək. Əhəmiyyətli olan onu mənalı, faydalı, xeyirxahlıqla yaşamaqdır. Nənən, baban rəhmətə getdikdən sonra mənəvi güvənc yerim bir tək Allah, sonra da sizlər, yəni ailəmsiniz. Ailədə sevgidən əlavə sənə hər gün diqqət yetirən və müşahidə edən insanların varlığı şərtdir.

    - Əziz bibi, sənin bu cür söhbətlərin ürəyimə istilik bəxş edir, hər danışıq sonrası qəribə hislər yaşayıram, sanki yenilənirəm, bir az daha böyüyürəm.

    - Mənim nazlı və ərköyün balam, insan ömrü boyu böyüməkdədir, bu böyümələr heç bitməz... Keçək ikinci sualım
    Asiya bibi xəfifcə gözünü qıyaraq gülümsəyir və davam edir:

    - Səninçün sevgi nədir?

    - Ay bibi, bu günkü söhbətimizə nə ağır mövzular seçmisən? Fərqli olmasını deyəndə indi anlayıram, niyə fərqlidir. Cinslər arası sevgi haqqında oxuduqlarım xaricində başqa bir şey bilmirəm. Oxuduqlarım da hər kəsin tarixdən bildikləri, məsələn, Cahan şahın Mümtaz Mahala olan sevgisi, Viktor Hüqonun Cülyetta Drueyə olan sevgisi, dahi söz ustası Füzulinin Leyli-Məcnunu, Şekspirin Romeo- Cülyettası, Tristan-İzolda və s.

    - Zövqünə heyran qaldım. Səncə adlarını çəkdiyin real həyatda yaşamış sevgililərdən, deyək, məsələn Viktor Hüqo və Cülyetta Drue həqiqətən də bizə təqdim edildiyi şəkildə sevgi yaşayıblar?

    - Yəqin ki... Onlar haqqında olan bioqrafiyalardan elə oxuyuruq.

    - Bilirsən, həqiqət bu an sənlə olan söhbətimizdir. Məhz indiki an, bu halımızdır. Çünki söhbətimizə özümüz də şahidik. Mövcudluğumuz, söhbətimiz bu andadır.

    - Nəyi demək sitəyirsən? Yəni onların yaşadığı gerçək olmayıb, həyatda sevgi yaşamayıblar?

    - Elə demək istəmədim. Təbii ki, cinslər arası sevgi münasibətləri, ülvi hislər mövcud olub, vardır və olacaq da. Bizlər o hisslərin hər birinin bizə təqdim edildiyi şəkildə yaşanmasını gerçəklik kimi qəbul etməməliyik, çünki yaşanmış şeylərin alt tərəfində nə olduğunu tam olaraq bilmirik.

    - Anladım. Hər bir duyğunu, sevgi hissini, xoşbəxtlik və acı dolu anları ən yaxşı şəkildə yalnız onu yaşayanlar bilər.

    - Elədir, iztirabı, sevgini, üzüntünü, qorxunu, itirməyi, tərk etməyi, xoşbəxtlik anlarını, yalnızlığı ancaq onları yaşadıqdan sonra öyrənirsən. Yadıma məzəli bir sitat düşdü, səhv etmirəmsə, ingilis rejissoru və yazıçısı Piter Ustinov yazmışdı: "Allah əvvəl kişini yaratdı, sonra ona yoldaş olsun deyə qadını yaratdı ki, kişi öz yalnızlığını daha çox hiss etsin".

    Hər ikisi gülürlər.

    - Hava qaralmağa başladı, bir azdan komandir də işdən gələcək, son sualımı da verim, bu günkü söhbətimizi yekunlaşdıraq. Sənə görə qadın olmaq nədir?

    - Oy, bu sualını heç gözləmirdim. Keçən həftə sizə gəldiyimdə tumbanın üstündə bir kitab gördüm, adı belə idi, "Qadın füsünkarlığı". Marağımı çəkdi, kitabı götürüb vərəqlədim, terminli mətnlər olduğu üçün anlaşılmaz gəldi, sonra yerinə qoydum, ürəyimdə dedim ki, nə vaxtsa oxuyaram, məlumatlanaram, müdrik bibimin kitabxanası qaçmır ki. Qısacası bu sualını cavablaya bilməyəcəyəm.

    - Demək həmin kitabın yanındakı "İslamda qadın" adlı kitab diqqətini çəkməyib.

    Selcan utanaraq nə edəcəyini bilmədi, gözlərini qaçırdı və günahkarcasına:

    - Doğrudur, ona baxmadım.

    - Selcan, hər şeydən əvvəl Müqəddəs Kitabımız Qurani-Kərimin Hucurat surəsinin 13-cü ayəsini yaxşıca öyrənməlisən. Orda deyilir: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır". Sualla bağlı həmin ayəni dərindən öyrənməni tövsiyə edirəm.

    Oxuduğun başqa digər kitablardan ən ideal qadın olmaq haqqında gələcəkdə zehnində bir sıra özünəməxsus düşüncələr, fikirlər formalaşdıra bilərsən. Məsələn, Qadın üçün ən şərəfli status, ən gözəl duyğu analıqdır, Qadın sirdir, Qadın ailədir, Qadın ismətdir, Qadın cənnətdir, Qadın lövbər salınacaq bir limandır, Qadın Peyğəmbəri dünyaya gətirəndir, Qadın hər kəsdə bir az yox, bir kəsdə bütün olmaqdır və s. kimi yüksək dəyərlərə dayanmış fikirlərlə qadın olmağı anlaya bilərsən. Lakin unutma! Qadın olmaq bir tək bu sadalananlarla məhdudlaşmır. Bu xüsusiyətlərdən başqa bir cizgi var ki, qadın onu da keçməlidir, onu keçdikdən sonra bir daha geriyə dönməyəcəkdir. Bu cizgini keçən qadınlar islamiyyətin nümünə qadınları olublar. Onları araşdır, öyrən.
    Öləcəyi gün Məhəmməd Peyğəmbər qızı Fatimə və bibisi Səfiyəyə bu nəsihəti etmişdi: "Sizə Rəbbin rizasını qazandıracaq işləri görün: çünki Onun qarşısında sizi qurtaracaq həqiqətən heç bir gücüm yoxdur".

    - Maraqlıdır, həmin qadınların fərqlənən keyfiyyətləri nələr olub ki?

    - Hər şeyi hazır verdikcə insanın beyni kiçik qalır. Gərək özün də böyüməsi üçün bir şeylər edəsən, onu bəsləyəsən.

    - Anladım, irəlidə çox işim varmış demək. Bəs reklamla bağlı qərar haqqında heç nə demədin.

    - Çox şey dedim, sabahkı qərarı özün verəcəksən. Əminəm ki, doğru qərar qəbul etməyi bacaracaqsan.

  • oktyabr 2017, Ceylan M.

  • 213
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......