...
  • Fəlsəfə intellektual söhbət, yoxsa həyat təlimidir?
  • Ceylan Mumoğlu
  • Deyək ki, Vudi Allenin hansısa filmindəyik... Süfrədə şərabla içə-içə fəlsəfədən danışırıq. Və deyək ki, o gün dostlarımıza təsir etmək, biliyimizin nə qədər geniş olduğunu göstərmək üçün hansısa məşhur filosofun ifadəsindən söz açmağı münasib gördük.
    Amma sözə gəlincə baxdıq ki, məişət dilində ifadə edilərkən mənasını itirir. Yəni, əgər filosofumuzun istifadə etdiyi xüsusi terminologiyanı, özü icad etdiyi söz və anlayışları istifadə etməsək, başa saldığımızdan bir məna çıxmır... Bəzi söylədiklərimizi özümüz də anlamırıq, masadakıların başa düşəcəyinə ümid edirik. Çarəsizcə deyirik: "...Bilmirəm, başa sala bilirəmmi?"
    Bu halda aşağıdakı punktlardan birinin doğru olması mümkündür:
    1. Filosofun ifadəsini anlamamışıq;
    2. İfadənin içi boşdur;
    3. Hər ikisi.
    Birinci punkt, yəni bir filosofun təliminin anlaşılmamış olmaması ağla ilk gələn, insanlara tanış olan ehtimaldır. Amma xüsusi məclisdə məşhur bir filosofun "içi boş" olması təsəvvür edilə bilərmi?
    Hər nə qədər söylənməsi cəsarət istəsə də... Bəzən kral "çılpaq", filosof da "boş" ola bilir. Filosofların həqiqi həyatdan qopmuş, mənasız boşboğazlıqla məşğul olduqlarını düşünənlər fəlsəfəni belə adlandırmağı xoşlayarlar:
    "Fəlsəfə... Onsuz bu məqsədli yaradılmış terminologiyanın sistemli olaraq yanlış istifadə edilməsidir".
    (A systematic misuse of a terminology produced just for this purpose)
    Bu və oxşar replikaların tamamilə haqlı və ya haqsız olması dəqiq deyil... Amma sevimli və müəyyən estetik ifadələr olması da danılmazdır. Bu xoşagəlimlilikləri sayəsində də uzunömürlüdürlər.
    Çünki "fəlsəfi dairələrin" əhəmiyyətli zəifliyi söylənilən sözdə estetikaya da dəyər verilməsi, tam mənasıyla həqiqəti dilə gətirməsə də gözəl sözün asanlıqla tərk edilə bilinməməsi, dəbi keçənə, dadı qaçana qədər təkrarlanmasıdır.
    Hərdən bəzi filosofların başları ilə deyil, qələmlərilə düşündükləri hislərinə qapılır, yazılarının "sətir aralarında" həqiqi niyyətin, ələ aldıqları mövzunu açıqlamaqdan çox, mövzu haqqında gözəl bir söz demək olduğunu "görürük".
    Onsuz sözə tökülməsi çətin olan həqiqət, lazımsız metafora və dil bəzəklərilə anlaşılmaz vəziyyətə gətirilir. Ədəbi dəyəri məntiqi dəyərini aşan mətnlər fəlsəfə adı altında qarşımıza qoyulur. Bunlar "İntel" süfrələrində söhbət mövzusu kimi nəyəsə yarayar, amma fəlsəfəni həyat təlimi olaraq ciddiyə alan insanın gözündə boş gəvəzəlikdən savayı bir şey sayılmaz.
    Bəzən bu "fəlsəfi ədəbiyyat" Nitsşenin ağlamadığı, bütün qəzəbini aşkara çıxardığı vaxtlarda etdiyi kimi, vulkan püskürməsini xatırladan hiddətlə yazıya tökülür...
    İçki şüşədən çıxanda şüşədəki məsumluqla durmadığı kimi, qəzəblə yazılmış mətn da "kitabda durduğu kimi durmaz". Yazan da, oxuyan da "sərxoş olar"... Qəzəbini fəzilət saymağa, nifrətinin asılısı olmağa başlayar... Təlim də, mürid də pis istifadəyə açıq olar.
    Əziz dostlar,
    Qiymətli vaxtımızı kin, lağlağı, nifrət, təkəbbür kimi rəzil hisləri qidalandırmaqla xərcləyə bilərik... Ya da müdrik yaşamağa üstünlük verib, bu yararsız hiss və həyəcanlardan təmizlənmənin yolunu axtarmağı seçə bilərik.
    Əgər ikinci yolu seçmişiksə, həyat və insanları anlamağa deyil, anlamamağa "kilidlənmiş" hər cür ədəbiyyat, fəlsəfə və hətta elmi faydasız sayıb rəfə qaldırmağımız lazım gələ bilər.
    Bəzi yazıçıların istifadə etməyi xoşladıqları "Başa düşməkdə çətinlik çəkirəm!", "İnanılmazdır!" kimi ifadələr anlaşılmayan şeyin deyil, anlamayan zehnin zəifliyini göstərir.
    İnsan zehninin gücü də nə qədər anlamadığı ilə deyil, nə qədər anladığı ilə ölçülür.

    Moris FRANSEZ CAFÉ FILOSOFIA
    Tərcümə: Ceylan MUMOĞLU
  • noyabr 2017, Ceylan M.

  • 98
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......