...
  • Daniel Kuinin "İsmayıl"
  • Ceylan Mumoğlu
  • Dünyanın 30-a yaxın dilinə tərcümə edilmiş, 1992-ci ildə yazılmış (ilk versiyası 1977-ci ildə yazılıb, daha sonra 7 dəfə yenidən işlənib, 8-ci versiya "İsmayıl"olub) Daniel Kuinin "İsmayıl" romanı düşüncəni kökündən dəyişdirən kitablar siyahısına layiq romandır.

    Əsərin quruluşu elədir ki, telepat qorilla-müəllimlə hekayəçinin dialoqu başladıqda, bu Sokratsayağı dialoqun təsiri altına düşməyə bilmirsən. Sanki İsmayılla özün danışırsan düşüncəsi yaranır. Roman boyu hekayəçi ilə yer dəyişirsən.

    Kitabın missiyası yazıçının planetimizin vacib problemlərinin həll edilməsi üçün insanlara xəbərdarlıq edə bilməsinə ümid bəsləməsidir. Bunlar elə problemlərdir ki, öz-özünə həll olunması möcüzəsini gözləyə bilmərik. Romanı oxuduqca, diaoqlarda qabardılan sivilizasiya tarixindən tutmuş, qlobal problemlər daxil, indiyə qədər nə qədər sənədli film izləmişəmsə, hamısı bir-bir gözümün önündən keçdi. Bu tip mövzuda izlədiyim son sənədli film 2015-ci il, Fransa istehsalı olan "İnsan" (Human) filmi idi. Paralel olaraq yayda oxuduğum Yuval Noah Hararinin "Homo deus" kitabında işıqlandırılmış problemlərə də bənzətdim.

    Qayıdaq İsmayıla. Telepat müəllim iddia edir ki, onun təlim mövzusu "əsarət"dir.


    Həyatının çox hissəsini bu və ya digər formada əsarətdə keçirib və bu qərara gəlib ki, bəşəriyyət də əsarət altında yaşamaqda davam edir. Onlar spontan şəkildə məhkumluqdan qurtulmağa səmimi cəhd göstərirdilər, amma nəhayətdə uduzdular, çünki qəfəslərinin çıxışını tapa bilmədilər. İsmayılın şagirdinə insanları ikiyə ayırmağı təklifi ilə (Razılar və Narazılar) roman daha maraqlı istiqamət alır. Bundan sonra İsmayıl ilə hekayəçi arasında məsələlərə aydınlıq gətirən dialoq davam edir:

    - Deməli... Biz indi iki yeni çərçivə müəyyən elədik: Razılar xeyir və şər anlayışını dərk edənlər, Narazılarsa... - Narazılarsa tanrıların iradəsi altında yaşayanlardır.

    Bu yerdə İsmayıl həm də şagirdinin şüurunu genişləndirmək üçün fərdiləşdirilmiş konsepsiyası Mədəniyyət Ana fiqurundan istifadə edir:

    Mədəniyyət Ana - doğulandan həmişə eşitdiyin o səs hər şeyin necə baş verdiyinin səbəbini sənə izah edib. Bu, sənə lap yaxşı məlumdur, eləcə də, sənin mədəniyyətindən olan hər uşağa. İzahatı da tədricən almısan. Heç kim səni qarşısında əyləşdirib başa salmayıb: "Bax, hər şey bu cür yaranıb, hər şey on-on beş milyard il öncə başlayıb..." Bunu daha çox ətrafında artıq izahatı qəbul etmiş insanların verdiyi milyonlarla hissəcikdən tərtib olunan mozaikaya bənzətmək olar. Bunu masa arxasında valideynlərinin söhbətlərindən, televizordan izlədiyin cizgi filmlərindən, müqəddəs məktəblərdəki dərslərdən, dərsliklər, xəbər verilişləri, filmlər, romanlar, pyeslər, qəzetlərdən mənimsəmisən.

    Bununla telepat müəllim azadlığa çıxmaq üçün ilk növbədə "köləliyimizi" tanıyıb, qəbul etməyi şagirdinə izah etməyə çalışır.

    Bundan sonra davam edən diloqda sivilizasiya tarixinin yaranması, Adəm və Həvvanın mənşəyi, Habil və Qabilin əhvalatı məsələlərinə toxunulur. Hadisələr dini və elmi aspektdə müzakirə edilir, təkamül məsələsinə alışmadığımız yanaşma görülür.

    Bütövlükdə götürdükdə, roman mənə həm də dərslik təəssüratı bağışladı. Hər müzakirədə terminlərin açıqlanması, izahı, öyrədici xarakter daşıması ilə müsbət tərəfini sevdirir.

    İsmayılın şagirdinə öyrətdiyi dərslərin hamısını bir yazıda cəmləmək mümkün deyil. Qorillanın hekayəçiyə son məsləhəti bu olur ki, Mədəniyyət Ananın yaratdığı düşüncə həbsxanasından qurtulmaq üçün onun dərslərini insanlar arasında yaymaq lazımdır. Əgər bu dərslər yayılsa, insanlar tərəfindən mənsimsənilsə, dünya harmoniya içərisində inkişaf edər və məhv olmaqdan xilas olar: "Əgər insan yoxa çıxsa, qorilla üçün ümid varmı?" Əks tərəfdəsə belə yazılmışdı:

    "Əgər qorilla yoxa çıxsa, insan üçün ümid varmı?"

    Romanı bitirdikdən sonra beynimdə belə sual qaldı: Əgər insana dünyanın əşrəfi olmaq "status"u verilibsə, başına qoyulmuş tacın dəyərini nə zaman dərk edəcək?
  • dekabr 2017, Ceylan M.

  • 153
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......