...
  • “Aclıq” dramı
  • Ceylan Mumoğlu
  • Son günlərdə Salehin beynində tək bir fikir dönüb-dolaşırdı – “Getmək, yox olmaq vaxtıdır!” Kaş qanadları çıxardı, göy üzünə yüksəlib uçduqca uzaqlara gedərdi, dərdlər, kədərlər, acılar, uğursuzluqlar, hamısını bir-bir arxasında buraxardı, dincələ bilmək üçün.

    Ah, bəlkə bu yolla xilas olacaqdı düşdüyü quyunun dibindən. Axı necə düşdü ora? Özündən bu qədər əmin olduğu halda buna necə yol verdi? İndi neyləyəcək, nə cür çıxacaq?

    Aylar öncə bir kitab sərgisində rast gəlmişdi o qadına. Tanınmış yazıçılardan birinin yeni nəşr olunmuş kitabı haqqında danışırdı. Adət etdiyi kimi onu da zehnində “qurbanlar” siyahısına əlavə edərək, ürəyində “tezliklə bunu da əldə edəcəm” demişdi. Sərgiyə tək gəlməmişdi, yeni tanış olduğu və etibarını qazanmağa çalışdığı bir qadınla gəlmişdi. Danışan qadını heyran dolu baxışları ilə izləyərkən, yanındakı qadının qısqanclıq hissi keçirməsini də gözdən qaçırmadı və bu, çıxış edən qadına qarşı marağını bir qədər də artırmış oldu. Sərgidən çıxmazdan əvvəl fürsət tapıb onun ad və soyadını öyrənməyə müvəffəq oldu.

    Bu cür macəralarını ya işdən sonrakı saatlarda, ya da istirahət günlərində yaşaya bilirdi. Gəncliyində yaşadığı hislərinin xəyanətə uğramasının, yarım qalmış arzularının intiqamını bu yolla çıxarmağa çalışırdı. Bəlkə də haqlı idi, axı gənclik çağını peşmanlıq duymadan xatırlayan insan xoşbəxt olmalıdır.

    Etdiyi əməllərə görə heç də vicdan əzabı çəkmirdi. Hətta maraqlı olsun deyə, hər yeni sərgüzəşti zamanı ədəbi əsərlərdən oxuduğu qisasçı obrazlardan birinə bürünüb, qurbanlarını asanlıqla ram edir, müxtəlif vəziyyətlərdən zəhmətsiz sivişib çıxırdı. Buna həm də ixtisası kömək edirdi, iş fəaliyyəti onu xeyli ustalaşdırmışdı. Ona insan “sərrafı” da demək olardı.

    Yeni macərasına kitab sərgisində öyrəndiyi ad və soyad məlumatlarını axtarmaqla başladı. Telefon nömrəsini əldə etsə də təcrübəsinə sadiq qalaraq, əvvəlcə sosial şəbəkədə ünsiyyət qurdu. Ünsiyyət çətin başa gəlmədi, insanlara özlərini xüsusi hiss etdirməyi, güclü cəzbetməni bildiyi üçün bu mərhələni tezliklə aşmış oldu. Hadisələr istədiyi axarda gedirdi. Ancaq qadınla bir neçə gün söhbətdən sonra daxilini, əvvəlcə qəribə bir narahatlıq hissi bürüdü, ardınca isə onu xoş bir həyəcan sardı. Narahatlıq hissi ona görə idi ki, sanki daş qayaya rast gəlmişdi. Manipulyasiya, idarəetmə, üstün olma cəhdləri Salehdə əvvəlki kimi alınmırdı. Elə bil boğazında nəsə tıxanıb qalmışdı. Qarşısındakı adi bir xanım deyildi, təəccüblənmişdi, bildikləri ilə eyni intellektə, bəzi məqamlarda ondan daha üstün qabiliyyətlərə sahib birisi idi. Atdığı addımlarının fərqində idi.

    Həyəcan hissinin isə haradan və necə yarandığını bilmədi, bəlkə də bu cür qarşılaşmanı gözləmədiyi üçün idi. Uzun illər əvvəl ruhunu, qəlbini oxşayan, ağlını əlindən alan o gözəl, ülvi hiss və duyğuları sanki yenilənmişdi. Qadınla danışdıqca ayaqları yerdən xəfifcə üzülür, qanadlanıb göy qurşağına tərəf uçmaq hissinə qapılırdı. Nə baş verirdi? Özü də anlamırdı. Seçdiyi “qurban”ını ələ keçirməyə gəlmişkən, özü qurbana çevrilirdi yoxsa? Getdikcə vəziyyət nəzarətdən çıxırdı. Özünü Günəşin cazibəsinə tab gətirməyən planetlərdən biri kimi gücsüz hiss edirdi, ancaq bu halından məmnun idi. Artıq “qadın ovçusu” rolunu buraxıb səmimi və hiss etdiyi şəkildə etiraflar etməyə başlamışdı.

    – Niyə özünüzə əzab verməyi xoşlayırsınız? Hislərinizi daxildə boğmağı harda öyrəndiniz, məgər rahibəsiniz? – Saleh təngə gəlib soruşdu.

    – Rahibə ha! Bəlkə robot deyək? – qadın cavabladı.

    – Beyninizə gələn düşüncələri cücərti halında ikən məhv edirsiniz. Mənim kimi vaxtı ilə axtardığınız və indi itirmək ərəfəsində olduğunuzu qorumaq istəmirsiniz. İnadkarlığınızın səbəbi nədir?

    – O axtardığım və itirmək ərəfəsində olduğum şey nədir ki? – qadın ərköyün tərzdə, həm də nazlanaraq güldü.

    – Gülün, gülün. Bir zamanlar belə bir səfehliyimin qurbanı olub ən gözəl hislərimi boşuna xərcləmişdim və indiyə qədər də onun zərbəsinin acısını yaşayıram, – Saleh üzüldüyünü gizlətmədi.

    – Hislər, hislər. Sizə bir tövsiyə edim. İnsanlara və əşyalara bağlanmayın, hər şey qaydasında olacaq.

    – Mən sizin kimi sevimli “robot” ola bilmərəm, – Saleh deyir.

    – Başqa yolu yoxdur.

    – Yol var… Yola çıxmağa cəsarət yoxdur, rahibə xanım. Və yaxud robot.

    – Ən böyük cəsarət o yola çıxmamaqdır, cənab! – qadın xəfifcə özündən çıxmağa başladı.

    – Həyatınızı məqsədsizliyə qurban verməyin! – Saleh də əsəbi görünməyə çalışdı, əslində kədərlənməsi onu ələ verirdi.

    – Həyatımı necə yaşamağı mənə öyrətməyin!

    – Çox qəddarsınız, lap imperator Kaliqula kimi!

    – İpli-saplı dəliyəm, yəni?! Elə isə, bir dəliyə hislərdən bəhs etmək nəyinizə lazımdır? – qadın güldü.

    – Heç özüm də bilmirəm, – Saleh qüssələnməyə davam etdi.

    Bu cür dialoqlar günlərcə davam etsə də Saleh danışıqları qəsdən uzadırdı. Ona yol görünmüşdü artıq. Buna baxmayaraq, üzüntülər içində qadınla ünsiyyəti bir az daha artırmağa cəhd edirdi. Getməməsi ürəksizliyindən deyildi, sadəcə buna hələ özünü tam hazır hiss etmirdi. Daxilində özü ilə çox danışmağa başlamışdı. Sıx-sıx bu fikirləri təkrarlayırdı:

    Tale sevgi dolu insanları rastlaşdırır, onlar isə heç bir işə yaramayan “ağıllı” mühakimələri ilə hər şeyi korlayırlar.

    Heç bir zaman özündən əmin olma. Elə yaşa ki, başqaları səndən əmin olsun!

    Saleh gəncliyindən bu yana yaşadıqlarından dolayı daxilində bir boşluq gəzdirirdi. Sərgidə rastladığı qadınla tanışlıqdan sonra bu boşluğun hardasa dolacağına ümid bəsləyirdi. Ancaq nə yazıq ki, boşluq nəinki doldu, hətta bir qədər də böyümüş oldu. Elə bil Salehin içindəki uşaq hönkür-hönkür ağlayırdı: “Sevin məni, sevin, qaranlıqdan xilas edin!”

    Birdən-birə özündən, əməllərindən diksinməyə başladı. Daxilindəki çirkabdan qurtulmaq üçün titrədi, üzərinə hopmuş iyrəncliyin yuyulması üçün dupduru su arzuladı. O suda tərtəmiz yuyunub arındıqdan sonra uzaqlara getmək, getmək, getmək… yox olmaq… istəyirdi.

    İçində nöqtə boyda da olsa, yaxşılıq toxumunu qoruyub saxlamağı arzulayırdı. Axı o çox şey istəmirdi, cəmi-cümlətanı bir miqdar sevgi… Baharın isti nəfəsində sevdiyi ilə birlikdə eşidəcəyi yarpaqlı budaqların səsinə qarışmaq… Əl-ələ tutaraq coşqun küləklərin çalxaladığı dalğalı sular üstündən bir-birinə bağlı ağır daşlar kimi dibə çöküb dincəlmək… Heç olmasa, ömründə bircə dəfə…

    Saleh kamsız arzularını təkrar köksünə sıxıb uzaqlaşdı…
  • oktyabr 2017, Ceylan M.

  • 115
Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......

İdrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv : Idrakla Hissin Vəhdəti Tаnınmış ədəbiyyаtşünаs və filosof, fəlsəfə dоktоru Sаbir Bəşirоvun bu tədqiqatında nаsir, drаmаturq, esseist və filоsоf Firuz Mustаfаnın yаrаtdıcılığı......

Dramatik pauzalar. Məruzə

Firuz Mustafa

Dramatik Pauzalar: Əvvəl Və Sonra Azərbaycan Dramaturgiyası qurultaylararası dövrdə (məruzə) Proloq Dramaturgiyamızın son illərdəki durumu ilə bağlı söhbət açmazdan əvvəl, təəssüf hissi ilə qeyd etməliyəm......

Trio. Rusca

Firuz Mustafa

1. Райский Цветок (роман) 2. Морское Кочевье (повесть-притча) 3. День Лошади (рассказ-триптих) Баку-2021 фируз мустафа ТриО роман.повесть.рассказ В представленную читателям книгу Фируза......

Луч. Qarışıqjanr. Rusca

Firuz Mustafa

ЛУЧ Смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Баку.2026 фируз мустафа луч смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей......

Rasskazı. Frazı. Rusca

Firuz Mustafa

Фируз Мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Баку.2026. фируз мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Творчество Фируза Мустафы, как......

Teatr Meydanı. Roman

Firuz Mustafa

Teatr Meydanı Detektiv roman Bakı-2020 Teatr Meydanı (roman) Detektiv Dеtеktiv jаnrdа qələmə аlınmış "Teatr meydanı" əsərində bir-birini əvəz еdən gözlənilməz hаdisələr......

Roman. Povest. Rusca

Firuz Mustafa

ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Oyunlar. Hikayeler. Türkce

Firuz Mustafa

Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar Baku-2023 Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar ünlü bir Azerbaycan yazarı ve filozofutur.......

Tiyatro oyunları. Türkce

Firuz Mustafa

Çatıdaki Bodrum Tiyatro Oyunları Baku-2026 Çatıdaki Bodrum Tiyatro Oyunları ünlü bir Azerbaycan yazarı ve filozofutur. 100'den fazla bilimsel, sanatsal......