...
  • Rəhman Əlizadə - Teatr...
  • Cəmilə Allahverdiyeva
  • RƏHMAN ƏLİZADƏ – TEATR...

    ...Teatrda əsas üç mərhələdir,
    özünü təsdiq, özünü ifadə və ən çətini
    “teatra ibadət” mərhələsidir. Hər yaradıcı
    adama qismət olmur özünü teatra həsr eləmək..
    Teatrı özünə yox,– özünü teatra həsr edəndə
    İ b a d ə t b a ş l a y ı r!..
    (R.Əlizadə)


    Rəhman Əlizadə məktəbindən keçmiş, onun dəst-xəttinə, üslubuna bələd yetişdirdiyi aktyorlar var və əsla onlar,– yaxud o aktyor ki, nə vaxtsa Rəhman Əlizadənin quruluş verdiyi tamaşalardan birində oynamışsa, prossesdə iştirak etmişsə, dramaturgiyasından, nəsr əsərindən, şeirlərindən, deyimlərindən xəbərdar olmuşsa,– bu satirik, məzəli, lirik-sentimental ab-havadan udmuşsa, yaxud heç olmasa ömründə bircə dəfə də olsun onunla,- yaradıcı şəxsiyyətlə görüşüb, unsiyyətdə olub həyata baxışı ilə– lap elə havadan-sudan, məişətdən, insanlıqdan, nadanlıqdan, bu dünyadan–o dünyadan və sair və ilaxir söz açmışsa xülasə, – nə o yaradıcı tanışlığı, nə o tamaşanı, nə o görüşü, nə də o söhbəti-ünsiyyəti u n u t m a z!..
    Ələlxüsus da müxtəlif teatrlarda keçirilən yubiley və tədbirlərdəki duzlu-məzəli səhnəcikləri həm tamaşaçıların həm də iştirakçı aktyorların yaddaşında əvəzsiz iz buraxmış ki, məqamı gəldikcə əziz-xələf xatirə kimi xatırlanar, kimisinin dodağı qaçar, kimisinin gözün-könlün doldurar, kimisinin də gizli-aşkar çəkilən “ahına” çevrilər... Hətta bəlli bir tamaşaçı kütləsi yaranmışdı belə teatral gecələrdə o atmacalı, məzəli səhnəciklərə ürək, göz dolusu gülməkçün Kukla teatrının çıxışını gözləyən...
    Heç yadımdan çıxmaz özünün də dəfələrlə ürəklə xatırladığı çıxışımız vardı... Azdramanın səhnəsində,– teatra yeni cəlb etdiyi gənclər baraban və şeypur müşayiətilə “Aktyor andı” içməkçün səhnəyə çıxıb, “Düzlən!” “Farağat!” əmrini alır və,– “Biz bu təntənəli yubiley gecəsində “aktyor andı” içmək qərarına gəlmişik deyə sözə başlayırlar: Həmişə rolumu sütəzbər edib səhnəyə çıxacaq, tamaşaçını yerli-yersiz güldürməkçün bəzi adlı-sanlı, çox vaxtsa adsız-sansız aktyorlartək şit hərəkətlər etməyəcək, müəllif mətnini hərzə-hədyana çevirməyəcəyəm, məşqə gecikməyəcək, qamara getməyəcəyəm, əsil sənət fədailəritək sadə, təvazökar və məsuliyyətli olmağımıza and içirik!..”

    Bilmirəm bu qeyri-adi anda kim, hansı aktyor nə qədər sadiq qaldı, amma Rəhman Əlizadə bəxtinə, qismətinə ilahi missiya kimi düşmüş bu sənəti yalnız ona aşiq, yalnız ona sadiq yüksəklərə qaldırdı, ucaltdı, yazdı, qurdu, əsla bu sənət ocağına xəyanət etmədi!..

    “İncəsənət sənə xəyanət etməyə hazır olan gözəl və işvəkar bir qadındır ki, başqasının qoynuna atılmaqçın sənin ən xırda xəyanətinə bənddir.”
    (R. Əlizadə)

    Bir tamaşa vardı, “Qız Qalası” adında... Rəhman Əlizadə ruhunun, zəhmətinin bəhrəsindən ərsəyə gəlmiş, Q. Qarayev musiqisinin sədaları altında sözlərin, hisslərin ağ kəlağayılara dönüb uçuşduğu nağıl-tamaşa... Bulaq kimi qaynayan, coşub-daşan, ləpələnən ağ kəlağayılar arasında, – həqiqi Qalanın yaxınlığında yerləşən Kukla teatrı səhnəsində Qala ucaldılırdı!.. Şahidi olduğum ən təsirli, fərəhli an vardı, balacaların nağıl-tamaşanın sonundakı bayatını bizimlə bərabər pıçıldamaları:
    Əzizim Qız Qalası,
    Həmişə Qız Qalası,
    Qərinələr ötəcək
    . Qalacaq Qız Qalası...

    Bir tamaşa vardı... Rəhman Əlizadənin hiss-həyacanını ötürdüyü, rəngarəng dekorasiyaların kinolent kimi qüsusrsuz sıralanaraq iri kuklaların cana gətirildiyi “Od oğlan”(E. Şayye) adında...
    Od oğlan: ...Yuxumda görmüşəm ki, məhəbbət gəmisində uçuruq ənginliklərə...
    Şahzadə qız: Od oğlan, bəyəm uçan gəmilər olur?!..
    Od oğlan: Əlbəttə olur, insan sevəndə gördüyü yuxuların hamısı çin olur...

    Kukla tearının səhnəsi və möhtəşəm an, iri kuklalar,– onları canlandıran aktyorlar sanki səmaya,– səhnədən işıq sexinə məhəbbət gəmisini uçurdurlar... Hamımız ayağa qalxıb hər dəfə alqışlarla süstləyirdik bu ömürlük yaddaşımıza həkk olacaq anı...

    Bir tamaşa vardı... Əlizadə üslubunun, istedadının növbəti fantaziyası “Fantaziya”... V.Mustafazadə “Bayatı-Şiraz” kompozisiyası və Hacıbaba Hüseynov ifası ilə başlanıb vüsət alan,- nə yüngül, nə də ağır dekorasiya işlətmədən,-- heç nədən, “zibillikdən” bir növ peyda olan əşyalar canlanır, süjeti qururlar... Gənc Vaqif Zibeydəni kəşf edir, aşiq olur, yerə sığdırmayıb göylərə ucaldır, düşünülmüş oyun-eksperimentlərin ən əsası da sözsüz, yalnız iradi təklif olunmuş hərəkətlərin sayrışdığı kədərli, gerçək həyat hekayəsi...

    Bir tamaşa vardı... Rəhman Əlizadə qələminin, yozumunun töhfəsi... Mənsub olduğu nəslin, irsin, nəcabətin xüsusiyyət və məziyyətlərini özündə daşımayan, tay-tuşlarına qoşulmayan,- əqidəsi zəmanəsinin arsız prinsiplərinin çərçivəsində sıxışdırılsa, tapdalansa, zorakılığa məruz qalsa, “maymaq” deyə çağırılsa belə m i y o l d a m a y a n qəribə, çox qəribə, vicdanlı, fədakar pişik haqqında...

    Hərə özüylə olacaq,
    Hərə özüylə qalacaq,
    Hərə özüylə öləcək
    Qiyamətəcən, qiyamətəcən.

    Ayrılmayın gözünüzdən,
    Ayrılmayın sözünüzdən,
    Ayrılmayın özünüzdən
    Qiyamətəcən, qiyamətəcən.

    Bir tamaşa vardı... Rəhman Əlizadə istedadının, peşəkarlığının zirvəsini fəth edən, dünya yaranandan usanmadan hərəsi öz meyarında artan yaxud əksinə arsızlaşan Xeyirlə Şərin daimi mübarizəsindən bəhs edən tamaşa...

    Şər yatmayıb,
    Yuxusuzluqdan qan çəkibdir gözləri.
    Xeyir isə, –
    Əzəl gündən azıb duman içində. (R. Əlizadə)

    Səhnədə cəmi iki aktyor, heç bir işıq qapanması olmadan, sayı on beşdən yuxarı kuklaları bir-birilə əvəz edərək simfonik əsərin(F. Əmirov) bütün ritm çalarlarını R. Əlizadə yozumunda,- bəlağətli, zəngin sözün(N.Gəncəvi) hakim kəsildiyi bəşəri mübarizəni aparmaq, göstərmək üçün, ən səmimi oyunu oynamaq üçün səhnəyə çıxırlar...

    ƏLBƏTTƏ, gələcək böyük teatr “tamaşaçılarının” zövqünün formalaşdığı məkanda bu bir missiyadır!.. Məsuliyyətli və şərəfli missiyadır!..

    Bismillahir-rəhmanir-rəhim”lə başlayan və bitən missiya!..

    Bir tamaşa vardı... “Dünyanın axırı” adında... Gündəlik həyatımızda fərqinə varılmadan təkrarlanan, məişətləşən bu ifadə Rəhman Əlizadə dünyasında qələmi ilə başqa tövr, hamıya qismət olmayan “könül gözü” tək açılır, aydınlığa qovuşur...
    Biz diri ikən ruhumuzun, cismimizin qayğısına qalmadıqca, onun yerini, yurdunu bu dünyada Allah buyurantək sahmana salmadıqca, Ona doğru yönəlmədikcə, ömrümüzü-günümüzü axırıncı günmüş kimi yaşamadıqca,– əslində öz dünyamızın axırının haçan, necə, bəlkə də artıq yetişdiyinin fərqinə varmadıqca qaranlıqdayıq!.. Sabah da, axşam da q a r a n l ı q d a y ı q!..

    ...Tamaşalar vardı, içərisində “oyun” aldığım, almadığım – “Dəli Domrul”, “Ələkbər əmi gülüş planetində”(R.Əlizadə), “Qızıl xoruz”(A.S.Puşkin), “Kuraj ana”(B.Brext), “Eramızdan milyon il əvvəl”(R.Əlizadə), “Tıq-tıq xanım”(R. Əlizadə), “Ləpələrin nağılı”(X.Əlibəyli), “Tülkünün uçuşu”(A.Şaiq), “İlbizin nəğməsi”(F.Q.Lorka), “Məkrlilərin vəkilləri”(R.Əlizadə), “Su pərisi”(F.Mustafa), “İblis”(H.Cavid), “Yay gecəsində yuxu”(V.Şekspir), “Dünya gözəli”(A.Şaiq), “Sindbadın xoşbəxtlik adasına səyahəti”(R.Əlizadə)... və sairə, və ilaxır...

    Qəm yemə nə qədər ki, bu dünya durub
    Hələ də bəzilərinin ürəkləri “teatr” deyilən xəstəlik ilə vurur,
    Teatr olub, vardır, əbədilik olacaq...
    Teatr məcnunlarının qəlbini isidəcək
    . Bu əbədi, müqəddəs daima yanan ocaq!..
    (R. Əlizadə)


    Cəmilə Allahverdiyeva
    16 mart 2016


  • dekabr 2021, Cəmilə A.

  • 816
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......