...
  • Mamed
  • Babək Abbaszadə
  • Tələsirdi, həm də evdən tələsdirirdilər.

    5 yaşı olan kimi Mamedi məktəbə qoydular. Sonra proqramı götürə bilmədi. Təzədən müəllim tutdular, 5-ci sinifdə oxuyanda 3-cü, 7ci sinifdə oxuyanda 5-ci sinifin dərslərini evdə hazırlaşdırırdı.

    Şahmata qoydular. Ən xoşuna gələn şey piyadanın vəzirə çevrilməyi idi. Mat eləmək elə də maraqli deyildi, bunun üçün gərək axıra kimi oynayasan. Buna da hövsələsi çatmırdı. Gedişləri təzəcə öyrənmişdi. Müəlliminə hörmət elədilər rayon turnirinə apardı. Bir az oynadı sonra darıxmağa başladı. Gördü ki, piyadalardan birinin qabağı açılıb, başladı qovmağa b4-b5, b5-b6, b6-b7... Birdə oyandı ki, rəqibi əlini uzadıb sağollaşır. Baxdı ki, şahı küncə dirəyib boğublar.

    Qonşu Tahirin oğlu gözünün odunu almışdı. Atası tez idmana qoydu. Ayıbdı, rayonda filan eşidəllər, biabr olarıq. Nəslin adını batırır. Şpaqat açmağı tam öyrənməmişdi. Federasiyada işləyən dayısı düz-qoş elədi Yaponiyaya çempionata göndərdilər. Heç olmasa uşağın gözü açılsın... Osakadan olan bir oğlan vurub mədəsini dağıtdı. Huşunu itirdi, beyninə qan sızdı. Bütün heyət geri döndü ondan başqa. Mamed hələ Yaponiyada müalicə alırdı.

    Rəssam olmağa qərar verdi. Gözü divardakı ağac rəsminə sataşdı. Dəhşətə gəldi. İlahi, bu qədər yarpaqların, bu qədər otların hamisini bir-bir çəkməyə gör neçə il vaxt lazımdi. Ürəyi sıxıldı, rəssamlığın başını buraxdı.

    Universitetə qoydular. “Narxoz”un əmtəəşünaslığına. Bilmək olmaz bəlkə SSRİ qayıtdı. Həm sosializmdə iş tapmaq olar, həm də kapitalizmdə. Nazirlikdə işləyən əmisi söz verdi, ingilis dilini öyrən, gələn il təqaüdlə xaricdə oxumağa göndərim. Fikirləşdi xaricə getsə gərək birinci kursu orda təzədən oxuya. Yox 1 il itirmək olmazdı. 3 ilim qalıb birtəhər yola verim getsin.

    - Odee aşağı məhlədə qalan Minayənin gədəsi. Getdi o boyda Almaniyada oxudu gəldi indi universitetde dərs keçir, o boyda əziyyətdən sonra – anası etiraz elədi – biz də deyirdik gələn kimi vəzifəyə gedəcək. Azacıq aşım, ağrımaz başım. Neynəyir eləsin, gözümüzün qabağında olsun. Gedər orda uşağın başına bir iş gələr. Ya da irağ evdən-eşikdən ləçərin biri yoldan çıxardar evlənib eləyər. Camaatın içində başı aşağı olarıq. Öz yanımda oxusun, diplomunu alan kimi əlini ilişdirərik bir yerə.

    18 yaşı olmuşdu artıq. Başını boş buraxmaq olmazdı. Vaxtında evlən uşaqlar da tez böyüyüb özlərini çatdırsınlar - atası tez tez deyirdi. Hara çatdırsınlar? Nəyə çatdırsınlar? Bunu izah eləyən yox idi. Qəhrəmanımızın başını əvvəlcə bişirdilər, sonra bağladılar.

    Qiz axtarmağa heç kimdə həvəs yox idi. Bir də onu axtar-araşdır. Hər dəfə gözəllik salonuna gedəndə izlə... Basıb dayısı qızı ilə evləndirdilər. Guya qıraqdan gətirəndə ağıl verir, gül kimi qızdı, gözümüzün qabağında, əlimizin içində böyüyüb – bunu da anası tez tez deyirdi.

    Oğlu oldu. Adını Cəbrayıl qoydular. Amma evdə hamı ona Cəbiş deyirdi. Belə uzun adı axıra qədər deməyə heç kimin vaxtı yox idi, seriallara baxmaqdan.

    Kişi gərək evə pul gətirsin, fikirləşirdi. Universitetin də bitməyinə hələ çox var idi. Dekanla danışdı. Dərsə getmirdi, yaxınliqdakı şadlıq evində ofisiant işləməyə başladı. Bir dəfə toyda bıçaqlaşma düşdü. Bütün ofisiantları basdılar içəri, Mamed də “çujoy poxmel” getdi. Atası min bir adama ağız açdı. Bir güclə çıxartdı.

    Hərbiyə apardılar. Gedən kimi təklif etdilər. Bir il əsgər olmaqdansa ilyarımlıq zabit ol, ayda da filan qədər maaş. Onsuz da burda pul yığan deyiləm, bundansa tez qayıdıb özümə bir iş tapım. 500 manatdan işləsəm, 200 xərcləsəm 300 yığsam eləyir 6 aya 1800 manat – öz özünə deyirdi – bir ili birtəhər yola verim getsin. Sərf eləmirdi. İmtina elədi. Sonra evə zəng elədi, postda durmaq həm çətindir həm də təhlükəli. Yenə atası gəldi komandiri gördü, “xozvod”da “kaçeqar” qoydudurdu. Hərbidən sonra bir il iş axtardı.

    8 ildir qazpuluyığan işləyir. 350 manat maaş, arada çak-çuku da olur. Maaşların qalxmağını gözləyir. Söz veriblər gələn il yox, o biri il yanvarın 1-dən artıracaqlar.

    Onunla eyni ildə doğulan, Səmayənin oğlu hələ də orda-burda sülənir. İndi də deyillər İspaniyadadır. Allah qoymasa nə vaxt ev-eşik sahibi olacaq, nə vaxt evlənəcək, nə vaxt əli çörəyə çatacaq – anası fəxrlə məhlədə danışırdı. Ona kimi biz Cəbişi evləndirəcik.
  • oktyabr 2017, Babək A.

  • 149
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......