...
  • Lodz gettosu
  • Babək Abbaszadə
  • 1987-ci ildə Vyanada, ikinci əl kitab dükanında II Dünya Müharibəsi zamanı Lodz Gettosunda çəkilmiş bir neçə yüz rəngli foto tapılır. Fotoamator adlı sənədli filmi həmin fotoların əsasında, Polyak rejissor D.Jablonski 1998-ci ildə ekranlaşdırıb. Fotoları gettonun baş mühasibi öz “uğurlarını” Berlinə sübut eləmək üçün çəkmişdir. 204 min insanın həyatı bahasına başa gəlmiş bu “uğurlarına” görə getto 1944-cü ilin avqustuna qədər mövcudluğunu saxlamışdır.

    Film boyu həmin gettoda həkim işləmiş Yəhudi həkim A. Mostoviç öz xatirələrini danışır. O danışdıqca məni iki şey vahimələndirir – İnsanoğlunun vəhşilik etmək bacarıqları və insanın yaşamaq üçün əzablara tab gətirmək bacarıqları.

    Hər yerdə olduğu kimi burda da rəqəmlər bizi aldadırlar. “6 milyon Yəhudi ölüb” deyəndə, ya da eşidəndə faciənin miqyasının heç 6 milyonda birini hiss eləmirik. Çünki, ölümü ya “6 milyon”un, rəqəmlərin ölümü, ya da “Yəhudi” adlı abstrakt bir varlığın ölümü kimi qəbul edirik. Baş vermiş hadisələri, xırda epizodları eşitdikcə isə, insanın qanı damarlarında donur, faciənin böyüklüyü haqqında az da olsa təsəvvürümüz olur.

    “Əmim və onun ailəsi 6 uşaqları ilə bizim gettoda idi, atam isə Varşava gettosunda. Əmimin ailəsi, uşaqları gözümün qarşısında bir-bir öldülər onun 14 yaşlı böyük qızı isə onların ölüm sertifikatı üçün mənim yanıma gəlirdi, nə mən, nə də o ağlamırdıq” – deyib, qoca həkim ağlayır. Yəqin ki, faciə elə belə olur. Heç kim ağlamır. Ağlamaq küsməkdi, ağlamaq təsəllidir, rahatlaşmaqdır, özünü müdafiə mexanizmidir - orda isə bunların heç biri mümkün deyildi.

    “Qardaşının ölüm xəbərini atama yazdım. Ondan cavab gəlib mənə çatanda artıq atam da ölmüşdü. O, məktubda mənə od püskürürdü, məni ailə dəyərlərini itirməkdə ittiham edirdi. O mənə yazırdı, gör nə qədər hissiyyatını itimisən ki, belə bir xəbəri mənə yazmisan, bunu mənə yazmağa necə ürəyin gəldi? O, düz deyirdi. Bütün o illər boyu mən çox soyuq idim. Heç vaxt ağlamadım. Heç kim ağlamırdı, uşaqlar da. Onlar doğulandan sərtliyə öyrəşmişdilər. Ümumiyyətlə, mən orda bir şeyi dərk elədim. Şəraitdən asılı olaraq insan hər şeyə çevrilə bilər. Hətta qula da. Əgər nadir hallar da kimsə ağlayırdısa, deməli, o qadın idi.

    Filmə baxdıqca daha iki şeyi, əvvəllər eşidən kimi inandığım, mənə çox cəlbedici gələn iki fikri sorğulamağa məcbur oldum. “Bütün insanların ləyaqəti var” fikri ilə, “bütün insanların hər zaman seçimi var” fikirlərini. Baxa-baxa düşünürdüm əgər hər kəsin ləyaqəti varsa bütün bu ləyaqətsizlikləri kim edir. Hər kəsin ləyaqəti var deməklə biz insanları daha dəyərli edirikmi? Yoxsa sadəcə ləyaqət anlayışını çox kiçildirik?

    Azyaşlı uşaqları gündə 12 saat işlədib, sonda öldürüb cəsədlərini yandıranların da ləyaqəti varsa onda ləyaqət hər nədirsə çox da dəyərli bir şey deyilmiş. Əgər sadəcə doğulan hər kəsin, nə edib etməməyindən asılı olmayaraq, özünün fərqində olub olmamağından asılı olmayaraq ləyaqəti varsa, onda heyvanların niyə ləyaqəti olmasın ki? Məndən soruşsanız ləyaqətini qoruyub saxlamaq üçün insanın etməli və etməməli olduğu şeylər var. Düzgün başa düşün, mən qətiyyən kiminsə, hətta ağır cinayətlər törətmiş insanların belə təhqir olunmasının, işgəncəyə məruz qalmasının tərəfdarı deyiləm. Sinir sistemi olan heç bir canlı, təkcə insanlar yox, təhqirə və işgəncəyə məruz qalmamalıdırlar. Niyə ? Özünə, öz sevdiklərinə rəva görmədiyini başqa canlılara da rəva görmə.

    Bir də düşünürdüm ki, hər bir insanın hər zaman seçim etmək azadlığı varmı? Gettolarda ölüm və işgəncə ilə üz-üzə qalanların da seçimləri var idimi? Sartr dediyi kimi insanın hətta ölüm qarşısında belə seçimi var. Bəs yaşamaq instikti, ona qalib gələ bilməyənlərin də seçimi var idimi, ölüm düşərgələrində? Məsələn, insanın bir daşı qaldırmaq gücü yoxdursa bəs o daşı qaldırmaq seçimi varmı? Acından ölmək üzrə olan, amma yaşamaq instiktinə qalib gələ bilməyən qadının yemək üçün nəsə oğurlamamaq seçimi var idimi ? Seçim edə bilmək üçün insana güc, bilik, bacarıq tələb lazım deyilmi?

    Milyonlarla sivil, mədəni insanların, sənin, mənim gözlərimizin qarşısında, milyonlarla sivil, mədəni insanları vəhşicəsinə qətl elədilər. Biz, sivil və mədəni insanlar nəinki buna biganə qaldıq, əksinə, bu prosesdə yaxından, canla başla iştirak elədik. Birimiz gecə qaranlıqda arabadan 1 ağ turp oğurlayıb yemək istəyən qadını güllələdik, birimiz 4 kartof oğurlayan qocanı. Özümüz kimi, özümüzdən olan milyonlarla insanı bütün gün boyu işlətdik, artıq işləyə bilməyənləri öldürdük. Meyidlərini krematoriyalarda yandırdıq, küllərini eşib qiymətli əşyalar tapdıq, yəqin ki, tapanda çox sevinirmişik. Yaxşı ki, Korçak kimi müəllimlərimiz də oldu, uşaqları güllələməyə aparanda o, uşaqları tək buraxmadı, onlarla ölməyi seçdi və öz ölümü ilə hamımızın, bütün insanlığın şərəfini xilas elədi.

    Yəqin ki, indi fikirləşirsiniz, biz biyə? Onda heç biz doğulmamışdıq. Çünki, heç nə dəyişməyib, bu gün də vəhşiliklər davam edir. Bir qismimiz bu vəhşilikləri törədirik, qalan bir qismimiz isə 7 milyard bəhanə ilə yaxamızı kənara çəkib öz şəxsi həyatımızla məşğuluq. Sanki baş verənlərin bizə heç bir aidiyyatı yoxdur.

    O qədər bölünmüşük ki, millətlərə, dinlərə, ideologiyalara, siniflərə. Hər birimizin xoşuna gəlməyən ən azı bir millət, o olmasa bir din, o da olmasa bir ideologiya var. Gerisi asandır, “biz”ə sadəcə deyirlər bütün bəlalarımız baiskarı “onlar”dır və “onlar”ı öldürməyiniz nə günah, nə də cinayət deyil. Sonrasını özünüz bilirsiniz.

  • oktyabr 2017, Babək A.

  • 218
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......