...
  • Kəndlilər
  • Babək Abbaszadə
  • Bu kənd camaatı da qəribə adamlardır. Kənddən, ən yaxşı halda rayondan kənarda baş vermiş heç bir hadisə ilə təəccübləndirmək olmur bunları.
    Yayda yığışıb yol düzəldirdilər, bir nəfər bekarçılıqdan dedi ki, deyəsən Amerikada prezident seçkiləridir. Heç kim cavab vermədi. İki dəqiqəlik sükunətdən sonra qəfil biri məndən soruşdu ki, sən bilərsən bundan sonra Amerikanin prezidenti kim olacaq? Düz elə belə də soruşdu, namizəd zad hərləyən yoxdu, konkret kim olacaq? Dedim Tramp adında bir milyarder olacaq - milyarder sözünü eşidib azca həyacanlandılar - özü də söz verib ki, seçilən kimi Rusiyanı bombalayacam. Diqqətlə üzlərinə baxdım, hamı inandı amma heç kim nə təəccüblənmədi, nə sevinmədi, nə də qorxmadı. Sanki adi məişət hadisəsi baş verəcək. Bir qoca kişi asta, özünə-arxayin səslə dedi ki, deməyinə baxma ,bala, Putinə "doy" gələ bilməz. Hamısı bir ağızdan qışqıra - qışqıra təsdiqlədilər. Başqa biri dedi yadında saxla dünyada 3 dənə kişi var biri Putindi, biri Ərdoğan, biri de Fidel Kastro. Yenə qışqıra - qışqıra hamısı raziliqla təsdiqlədilər.
    Birdən reski kimsə dedi ki, bu il Əlövsətin sahəsinde yaxşı ot var deyirlər. Gözləri kəllələrinə çıxdı. Hay-küylə başladılar bunu müzakirə etməyə.
    Ortada balaca bir daşı hara qoymağın üstündə böyük bir mübahisə düşdü. Balaca uşaqlar kimi qışqırışmağa, bir-birini təhqir eləməyə başladılar. İki nəfər lap qızışdılar, bir-birini ağır ifadələrlə təhqir elədilər. Biri o birinə dedi sən vapşe camaatın içinə çıxma biqeyrət kopayoğlu. O biri heç nəyi inkar eləmədi sadəcə dedi ki, sən öz qızından, arvadından danış. Axşam qayıdanda gördüm həmin iki nəfər şirin-şirin söhbət eləyirlər.
    Axırda bir nəfər Bakıda, tikintidə işləyən oğlan dedi ki, Səmədov adında hansısa zavod direktoru buna nəsə yaxşılıq eləyib. Bir saata yaxın bunu müzakirə elədilər ki, görəsən niyə yaxşılıq eləyib. Xeyli suallar verdilər - haralıdır, arvadı hansı rayondandı filan. Heç bir əlaqə tapa bilməyəndə belə qərara gəldilər ki, familiyasına görə hörmət eləyib. Oğlanın da familiyası Səmədov idi.
    Taksi ilə gedirdik. Zapravkada saxladı. Sürücü zapravkanın içərisindəki moykada işləyən tanışına işarə elədi ki, bir az da bu maşının üstünə vur. O da içkili imiş sən demə, qapını açdı şlanqı saldı içəri. Biz də içəridə. Napor o qədər güclü idi ki, şoferin əlinin dərisini sümüyə qədər yardi. Hamı dirəşdi ki, üstünə salyarka tök, başqa bir maşında olan məktəb direktoru dedi başınız xarabdı? Salyarka nədi ağ neft tökmək lazımdı.
  • oktyabr 2017, Babək A.

  • 129
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......