...
  • Cəbiş
  • Babək Abbaszadə
  • Cəbiş heç hara tələsmirdi.

    O, məktəbə gedəndə qədər Rus dilini özü öyrənmişdi, AZTV-nin Rus dilində olan xəbərlər ilə Azərbaycan dilində olan xəbərlərini bir-biri ilə tutuşduraraq.

    İbtidai sinifdə daha 3 dil öyrəndi, Alman, İngilis, İtalyan. Sonra öyrənməyi dayandırdı, fikirləşdiki öyrəndiklərimi tətbiq edim sonra yenə öyrənərəm. Amma tətbiq eləməyə bir şey tapmadı, axırda bu 3 dili bir-birinə calaq eləyib təzə bir dil yaratdı. Elə bir dil ki, İngilislər danışanda Alman və İtalyanlar, Almanlar danışanda İngilis və İtalyanlar başa düşürdülər. Amma İtalyanları yenə heç kim başa düşmürdü, özlərindən başqa.

    Dil kursu açdı. Heç kim yaxın getmədi. Bu hələ uşaqdır, nə bilir müəllimlik nədir, çoxdakı dilləri yaxşı bilir.

    Yox, bu 4 ili o sadəcə dil öyrənməklə yola vermədi, əlavə olaraq, 1-11 bütün orta məktəb dərsliklərini oxudu və öyrəndi. Arada kömək də eləmək istəryidi, müəllimlərə. Gördü ki, alınmır, şikayət elədi.
    Söhbət gedib çatdı təhsil idarəsinə. Məlum oldu ki, bütöv bir sistem düzgün işləmir. Komissiya gəldi, ya sistemi düzəltməli idilər, ya onu. Heç biri alınmadı. Məktəbdən qovdular – get 3-4 il sonra gələrsən. Bu hamıya sərf edirdi. Məktəb bizimdi özümüz bilərik, kim keçəcək, necə keçəcək. Bizə ağıl öyrədənə bax. Gərək insan birinci ailə tərbiyəsi alsın, sonra təhsil. Mərifət hər şeydən öncə gəlir - komissiya sədri barmağını silkələdi. Müəllimlər alqışladılar. Sonra həmin sədr, həmin müəllimlərin 3 aylıq maaşlarını da yığıb qayıtdı geri.

    Eşitdi ki, məktəblilər arasında şahmat üzrə şəhər turniri olacaq. Evə gedəndə yolüstü şahmat aldı. Satıcıdan onların necə düzüldüyünü öyrəndi, bu bəsi idi. Fiqurların başına baxıb özü təxmin elədiki, hansı hansı istiqamətdə və nə qədər gedir. Sonra başladı oynamağa, özü-özü ilə. Axırıncı oyunu 1 həftə çəkdi, birtəhər heç-heçə razılaşdılar.
    Turnir başlayanda məlum oldu ki, atların başı böyük olduğuna görə, onları lazım olandan 1 dama uzağa qoyur. Başa saldılar. Təzə qayda ilə də olsa, hamını darmadağın elədi. Ona xüsusi mükafat verib turnirdən uzaqlaşdırdılar. Turnir təzədən keçirildi. Belə daha maraqlı idi.
    İdman məktəbinə qoydular, Karateyə. Getdiyi gün yaşıl kəmərləri döydü, bir həftə sonra qara kəmərləri, bir ay sonra müəllimin özünü. Bu bir ayda Karatedə 3 yeni ayaq zərbəsi kəşf elədi. Yarışa çıxdı, hakimlər bilmirdilər bu adsız zərbələrə neçə bal versinlər. Axırda Karatedən qovdular. Bu daha rahat idi. Hər yoldan keçən bir təpik kəşf eləsə, onların da işi ağırlaşardı.

    8-ci sinifdə sinif yoldaşları Bilogiya dərsliyindəki şəkillərə baxıb güləndə, o, arxada oturub Kvant Fizikasını Mikrobiologiyaya tətbiq eləyərək yalan danışmayan mutant deputat genləri yaradırdı, nəzəri olaraq. Yuxarıdan gəldilər. Əlyazmalarını alıb apardılar. Özünə də bərk-bərk tapşırdılar ki, ağıllı ol. Kim bilir, bir də gördün yaratdı, hamını saldı zibilə. Şeytan əməlidir, mollalar deyirdilər - yalan da danışsalar, düz də, yenə bunlar özümüzünkülərdir.

    Məlum oldu ki, evə pul lazımdır. Kələmlə kartofun genlərini qarışdırıb təbii çipsi yetişdirdi. Apardı rayonlarda fermerlərə satmağa. Heç kim yaxın durmadı. Hamsı dedi köhnə bazara təzə nırx qoymazlar. Yaxşı şey olsa gəlib buralara çıxmaz. Belə gəlib, belə də gedəcək. Gözümüzü açıb dədə-babadan belə görmüşük. Guya dədə-babaları çipsi görmüşdülər. Axırda toxumları bir Holland şirkətinə satdı.

    Elektro-saz yaratdı. Səsi və imkanları əvvəlkilərdən xeyli yaxşı idi. Aşıqlar tarixdə ilk dəfə nəyəsə etiraz elədilər, o da yeniliyə qarşı. Aşıq nədir etiraz eləmək nədir, görmüşük aşıq tərifləyər, bəzəyər-düzəyər, ənamını alıb çıxıb gedər. Bu dəfə bazarlarına girmişdilər. Saz müqəddəsdir, onu toka qoşmaq olmaz - qoca aşıq TV-də ağlayırdı.

    Rəsm məktəbi açdı. Nənəsinin portretini çəkdi, asqıran yerdə. Bilmək olmurdu gülür yoxsa ağlayır. Rəsmin adını qoydu Nənə Liza. Rəsmləri çox məhşurlaşdı. Hər gün ətrafdakı məktəblərdən çıxan minlərlə şagird rəsm məktəbinin qabağında növbəyə dururdular, rəsmlərə baxmağa. Yüzlərlə şagird rəsmə yazıldılar. Probka yaranırdı. Marşrutların, ətrafdakı bütün restoranların işi dayanırdı. Marşrut və obyekt sahibləri, ərazidəki biznesmenlər atışıb rəsm məktəbini bağlatdılar. Həmişə olduğu kimi yenə tərsinə getdik, bütün dünyanın.

    Mamed fikir verdi ki, Cəbiş qaraja hardansa dəmir-dümür, köhnə batareyalar, cırılmış təkərlər, lazımsız kabellər gətirib yığır. Bəzən günlərlə orda eşələnir, ölçüb-biçir, dəmirləri bir-birinə svarkalayır.
    Bir səhər bütün qəsəbə güclü bir uğultu eşidib meydana yığıldı. Cəbiş yenə oyun çıxardırdı. Yaratdığı yeni nəsil kosmik raketlə stayankadan uçmağa çalışırdı. Uçdu da.

    Molla dedi ki, uşaq müqəddəs imiş, mələklərin köməyilə uçdu. Hamının ağlına batdı. Mollalar atışıb onun adına pir tikdilər. İndi hər ordan keçən onun adına nəzir verir. Yetişdirdiyi yeni növ bitki toxumunu indi gedib Holandiyadan idxal edirlər, bizim fermerlər.

    Aşıqlardan biri ona sazda bir mahnı bəsdələdi, həmin qoca aşıq. Yaxşı ənam da aldı, dövlətdən. Biznesmenlərdən biri restoranının adını dəyişib elədi Nənə Liza.

    Əvvəl küçəyə, sonra məktəbə Cəbişin adını verdilər. Yenə həmin komissiya sədri gəlmişdi. Şərqdə ilk kosmonavt bu məktədə oxuyub – sədr tribunada əlindəki kağızdan oxuyurdu. Biz belə oğullarımızla fəxr etməliyik, yenə alqışladılar, həmin müəllimlər.

    Cəbişə heykəl qoydular küçənin girişində. Təbii ki, pulunu yenə sədr yığdı, həmin müəllimlərdən. Yenə alqışladılar.
  • oktyabr 2017, Babək A.

  • 416
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......