...
  • Kolbasa seksi.
  • Azəryar Vaqif
  • Kolbasa seksi.
    Xaricdən bir ingilis qonağım gəlmişdi. Aeroportda qarşılayıb maşınımla evə gətirdim. Yol boyu həm görməli, həm də gözdən iraq yerlərdən keçməli olurduq. Arada ekskursovodluq edib bəzi məlumatlar da verirdim. Arada bir onun sifəti tutulurdu, onun səbəbini başa düşə bilmirdim , elə bilirdim, onu yaxşı başa sala bilmirəm, ona nəsə qaranlıq qalır, ona görə də çalışırdım aramla, əl-qolla, emosiya ilə danışım. Ancaq onun sifətindəki müəmma ifadəsi getdikcə daha da artdı.
    Evə gəldik. Yaxşı soyuq pivədən süzüb stola qoydum. Qonağım pivə bakalını yarıyacan bir nəfəsə içib dərindən nəfəs aldı. Soruşdum ki, niyə belə qayğılı görünür, şəhərimiz onun xoşuna gəldimi? Dedi, yox, heç bir problem yoxdur, şəhəriniz xoşuma gəldi. Amma... – deyib məəttəl adamın sifətini aldı. Dedim, nə amma, nə olub? Dedi bilirsən, nə var, düzü sizdə seksin bu qədər yayıldığını və rəngarəng növlərinin olduğunu heç ağlıma da gətirməzdim. Dedim, əşi, nə seks. Nə rəngarəng forma? Sən nə danışırsan? Harada gördün sən bu dediklərini? Dedi: necə yəni, sən yəqin o qədər öyrəşmisən ki, heç fikir də vermirsən. Dedim, nəyə öyrəşmişəm, nəyə fikir vermirəm? Dedi: bəs, yol boyu küçələrdə, dalanlarda seks reklamlarını görmədin? Birinin qabağında dəmir-dümür, o birilərində növbənöv şüşələr, hər cür taxta, daş, mərmər, butulka, kolbasa. Düzü, mən hələ də şok içindəyəm. Mən keçdiyimiz yolları yadıma salıb birdən işin nə yerdə olduğunu anladım. Özümü saxlaya bilməyib bərkdən gülməyə başladım. Mən güldükcə qonağın sifəti heyrətdən əyilirdi. Özümü zorla ələ alıb məsələnin nə yerdə olduğunu qonağa başa saldım. Bilirsən , dedim, günah latın qrafikasını fərqli oxumağımızdadır. Sənin seks kimi oxuduğunu biz sex kimi oxuyuruq, sex, başa düşdün? Yəni, butulka sexi, kolbasa sexi və s. Qonaq dərindən bir uzun a-a-a eləyib güldü. Mən də əlavə etdim, o ki, qaldı seksə, bizdə elə şey yoxdur! Qonağın sifəti yenidən əyildi.
    Bu xaricilər bizi çətin başa düşsün!
  • mart 2019, Azəryar V.

  • 164
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......