...
  • Həmşəri söyüşü.
  • Azəryar Vaqif
  • Həmşəri söyüşü.
    Səhnəcik.
    1.Sərnişin.
    2.Sürücü.
    Sərnişin taksidən çıxır. Maşının qabağından dönüb səkiyə keçmək istəyir.
    Sürücü – Vətəndaş, dayanın.
    Sərnişin – Nə olub?
    Sürücü – (xırda pulları sayıb ona uzadır) Xırdanızı alın. Yetmiş səkkiz qəpik.
    Sərnişin – Nə xırda? Bu nə deməkdir? Məni dolamısınız?
    Sürücü – Vətəndaş, xahiş edirəm, məni ləngitməyin, pulunuzun qalğını alın, mən çıxım gedim.
    Sərnişin – Necə yəni pulunuzun qalığını alın, Bizim pulumuz pul deyil? Azdı yenə verim.
    Sürücü – Vətəndaş, xahiş edirəm, məni təhqir etməyin. Necə yəni, azdı, yenə verim? Götürün pulunuzun qalığını məni başqa sərnişinlər gözləyir.
    Sərnişin – Yox. Görürəm, siz məni əməlli-başlı ələ salmışınız. Bu saat sizin müdiriyyətə zəng edib xəbər verəcəyəm ki, sürücünüz mənə xırda pulu qaytarmaqla məni təhqir edir. Xoşluqla çıxın gedin.
    Sürücü – Məni heç nə yolumdan döndərə bilməz. Tez olun 78 qəpik xırda pulunuzu alın. Məni işdən qovsalar da, ən ağır cəzaya məhkum etsələr də bu əməlimdən əl çəkmərəm. Alın, 78 qəpik xırdanızı.
    Sərnişin - Əcəb işə düşdük. İşə bax, taksi şoferi sərnişinə pulun qalığını qaytarır. Sərnişin üçün bundan böyük təhqir ola bilməz. Mən çox dözdüm. Daha əlacım yoxdur. Gedirəm birbaşa idarənizə. Verin o 78 qəpiyi.
    Sürücü – Buyurun (pulları verir)
    Sərnişin - İşi məhkəməyə qədər aparacam. Pulun qalığını qaytarıb sərnişini təhqir etmək? İndiyə qədər hansı taksiyə minmişəm, sürücülərdən mərd hərəkət görmüşəm. Sayğac 1 manat vurur, onlar iki manat alır, sayğac 2 manat 10 qəpik vurur onlar, dörd manat alır, lap qanacaqlısı, mərifətlisi 5 manat alır. Mən nahaq bu sayğacı olan taksiyə mindim. Heyf deyil, sayğacsız taksi. Yolları tanımırlar, kefləri istəyən qiyməti qoyurlar, qoymurlar heç canına yel dəysin. Taksi elə olar! Yoxsa, bu!!!
  • mart 2019, Azəryar V.

  • 457
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......