...
  • Tənbəl Əhmədin nağılı
  • Ayşə Məcid
  • Biri vardı, biri yoxdu.Keçmişdə yoxdu, müasirdə çoxdu.Desək söz bitməz, cümlə bitməz, tənbəllər bir şey etməz.Tənbələ söz yetməz.Keçmişdə tənbəl çətinliklə tapardın.İndi isə hara baxsan tənbəldi.Bütün işlər əngəldi.Bugün nağıl məndəndir sabah sıra səndədir.Tənbəllər dinləsin ki, bu onlara məsləhətdir.Nağıl belə başlayır:
    2017-ci il idi.ABŞ-da texnologiya çox irəliləmişdi.Bəzi şeylər isə nəzərdən silinmişdi.Qabyuyan maşın, danışan və işləyən robot, qapı-pəncərə.qaz.pərdə açıb- bağlayan telefon və s.Kim iş görər ki?! Londonda bir Əhməd adında uşaq vardı.O da belə edirdi.İşləməyi heç xoşlamırdı.Bəzən onu işçi lezi deyə çağırırdılar.o bir günün 3 saatını televizora baxır 7 saatını oynayırdı.Yox, o həyətdə oynamırdı, hərəkət etmirdi.Kompyuterdə oynayırdı. 1 saat da yeməyini yeyirdi. 3 saat günorta yatır 4 saat axşam yatırdı.2 saat kitab oxuyur 3 saat telefonda oynayırdı.Çox vaxt dərs yazmırdı.Artıq o çox hərəkətsiz qalmışdı.Heç bir iş görmürdü.Anası iş tapşıran kimi: -Ana, nəfəsimi tutaram, haa!- deyib, yanaqlarını şişirdərdi.Anasının oğluna yazığı gəlib hər işi özü görərdi.Əksinə oğlu deyəni anası edirdi.Çünki Əhməd onun tək oğlu idi.Bir gün Əhməd yataqdan qalxıb görür ki, o heç nə görmür.Anasını çağırır.Anası deyir: -Oğlum sənə çox dedim, az eşitdin.Kompyuter, telefon yoxsa təmiz hava yaxşıdır?! Anası Əhmədi həkimə aparır.Lakin həkim eynək verir. Əhməd azca görür.Ancaq bir daha eyni işləri görür, yəni, hərəkətsiz qalır.Və onun ürəyi ağrıyır.Yenidən həkimə gedir.Həkim ürək dərmanı yazır və deyir:-Oğlum, insan hərəkətsiz qaldıqca ürəyi kiçilir.İnsanda kökəlmə baş verir.Sən təmiz havada gəz kompyuterdən uzaq ol. Kitablarını fasilə verərək oxu.Onlar evə gedirlər.Anası Əhmədə onun tənbəlliyinə görə belə olduğunu deyir.Əhməd əhəmiyyət vermir və bu dəfə də gec yatır, telefonla oynayır.O, düşünür ki, bir az oynasa heç nə olmaz.Bir müddət sonra səhər oyandıqda o yenə görmür.Bu dəfə nə eynəyin nə də həkimin köməyi dəyə bilir.Bax Əhməd indi hər şeyi anlayır.Tənbəlliyin ekran şüasının necə də təhlükəli olduğunu anlayır.Ancaq hələ bunu anlamayan Əhmədlər çoxdur....
  • yanvar 2026, Ayşə M.

  • 765
Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......