...
  • Sevimli bir eşq hekayəsindən
  • Aqşin Mustafa
  • Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir müddət yolla getdilər, bir əvvəlki gecəki yağışdan dolayı hələ də sulu olan asfaltda təkərlərin səsi eşidilirdi. Hər zaman olan səssizlikdən daha qəribə bir səssizlik limuzində hökm sürürdü.
    Bir müddət sonra prezident danışdı:
    -Hey, bu yol hava limanına getmir.
    Mühafizəçilər cavab vermədi.
    Prezident üçün tətil programı hazırlanmışdı. 2 həftə öz evində dincələcəkdi. Şəxsi təyyarəsi hava limanında onu gözləyirdi.
    Yağış damcılamağa başladı. Yenə yağacaq kimi görsənirdi. Prezident daxil hamının geyimində ağır palto və papaqdan istifadə olunmuşdu. Soyuq və aramsız külək əsirdi.
    Prezident, "Şofer, deyəsən səhv yolla gedirsən” dedi. Şofer qarşılıq vermədi. Mühafizəçilər önlərinə baxmağa davam etdilər. Prezident yenidən, " ey, biriniz buna hava limanına gedən doğru yolu göstərə bilər?!” dedi. Sol tərəfində oturan, " hava limanına getmirik” cavabını verdi. Prezident, "getməyirik?” soruşdu. Mühafizəçilər yenə cavab vermədilər. Damcılayan yağış möhkəmləndi. 
    Prezident: Bu nədir? Nə baş verir?
    -Həftələrdir yağır. Biraz günəş görsəm çox sevinəcəm.
    -Mən də.
    Prezident: Nə isə yolunda getmir. Açıqlama tələb edirəm!
    -Artıq heç bir şey tələb edəcək vəziyyətdə deyilsən. 
    Prezident: Yoxsa?...
    -Bəli, elədir
    Prezident: Suiqəsddir?
    -Yox, suiqəsdin dəbi çoxdan bitib.
    -Elə isə?
    -Xahiş edirik, mübahisə etməmək üçün əmr aldıq.
    Bir neçə saat maşın getdi. Yağış davam edirdi. Heç kim bir kəlimə belə danışmadı.
    -İndi isə bir dövrə daha et və dön. İzlənmirik, yağış işimizə yaradı.
    Maşın boş ərazidə bir dövr etdikdən sonra sıx meşə yoluna girdi. Təkərlər palçıqlı yolda tez tez çətinlik çəkirdi, buksavatlayırdı. 
    Qarşıda fənərli bir nəfər maşını qaraja istiqamətləndirdi. Buranın ətrafı ağaclarla sarmaş-dolaş olmuşdu. Qarajın sol tərəfində kiçik həyət evi var idi. 
    Mühafizəçilər maşının qapısını açaraq, "en” dedilər. Baxmayaraq ki, ətrafda əlində fənər olan şəxsdən başqa heç kəs yox idi, mühafizəçilər prezidenti qorumaq kimi əhatəyə aldılar. Əlində fənər olan şəxs, " bu işi niyə burada bitirmədiyinizi başa düşmürəm, belə etməməyiniz daha risklidir” dedi. Mühafizəçilərdən biri, "əmirlər. "O”nu tanıyırsan. Həmişə hissləriylə hərəkət edib. İndi isə əvvəlkindən daha çox” cavabını verdi. 
    -Çox soyuqdur, kofe içəcək vaxtınız var? Kofe hazırdı.
    -Çox yaxşısan. Yol yorucu idi. Bəs digər maşın hazırdı?
    -Əlbəttə. Yenidən hər şeyi kontrol etmişəm. Əslində lazımi proqramdan 10 dəqiqə əvvəldəyik, vaxtımız var. Yoxsa, kofe təklif etməzdim. Dəqiqlik mövzusunda nə qədər dəqiq olduğunu bilirsən.
    -Çox yaxşı, içəri keçək.
    Prezidenti aralarına alaraq evə girdilər. Mühafizəçilərdən biri prezidentə yer göstərərək orada oturmasını istədi. Fənərli adam, "yaxşı kofedir, əldə çəkilmədir” dedi. Mühafizəçilərdən biri içdikdən sonra kofeyi öydü...
    Növbəti maşının ölçüsü nisbətən kiçik idi, amma yenə də hamısı çətinliklə də olsa yerləşdi. Prezident yenə arxa qoltuqda oturdulmuşdu. Maşın yola düşdü. Səssizlik hökm sürürdü. Maşının təkəri ara da bir yenə də çətinlik çəkirdi... Sonra mühafizəçələrdən biri siqaret yandırdı.
    -Bu zəhrimarı buraxa bilmirəm.
    -Asan iş deyil. Çox fikir etmə.
    -Fikir etmirəm, özümdən iyrənirəm.
    -Vecinə alma. Bugün tarixi bir gündür.
    -Əlbəttə!
    Köhnə bir binanın qarşısında maşını saxladılar. Hələ də yağış davam edirdi. Bir müddət maşında oturaraq nəyisə gözlədilər. Şoferin yanında oturan mühafizəçi, "yaxşı, çöldə heç kəs yoxdur, düşürdün” əmrini verdi. Binaya daxil oldular, 3-cü mərtəbəyə çatdıqlarında 306 nömrəli qapının qarşısında durub şifrəli bir şəkildə qapını vurdular. Qapı açıldı, mühafizlər prezidenti içəri saldılar. Sonra isə qapını örtüb, içəridən qıfılladılar. İçəridə 3 adam onları gözləyirdi. İki nəfər təxmini əlli yaşında idi. Üçüncü adamın üzərində işçi paltarı, ona çox uzun olan köhnə palto, ayaqlarında isə 10 dollarlıq buruşmuş və rəngi getmiş ayaqqabılar var idi. Otağın ortasındakı yellənən kresloda oturmuşdu. Təxmini 80 yaşı olardı, gülümsəyirdi... Və niyəsə gözləri heç dəyişməmişdi; burnu, çənəsi, alnı da demək olar dəyişməmişdi.
    -Cənab prezident, xoş gəlmisiniz. Tarixi, elmi və sizi uzun bir vaxtdır səbirsizliklə gözləyirdim. Və indi üçünüzdə burdasınız, tam planladığım kimi...
    Prezident yellənən kreslodakı qocaya baxdı. "Bissmillah! Sən... Sən...”
    -Məni tanıdız. Bəzi vətəndaşlarınız mənim ona çox oxşamağımın zarafatını edərdilər, mən olduğumu başa düşməyəcək qədər başıboş idilər...
    -Amma sübut olunmuşdu, sən...
    -Əlbəttə sübut olunmuşdu. 30 aprel, 1945-ci il. Elə olmasını özümüz istədik. Səbr edərək gözlədim. Elm bizdən yana idi amma bəzən işi sürətləndirirdik. Uyğun şəxs üçün gözləməliydik. Düzgün seçim sizsiniz. Sizdən əvvəlkilər uyğun deyillərdi – mənim siyasi fəlsəfəmdən uzaq idilər. Siz gözlədiyimiz şəxssiniz. Sayənizdə hər şey çox daha asan olacaq. Amma dediyim kimi tarixi bir az sürətləndirmək məcburiyyətində qaldıq... Yaşıma diqqət etsəniz... Məcbur idim.
    -Yoxsa... ?
    -Bəli Kennedini mən öldürtdüm. Sonra da qardaşını...
    -Bəs ikinci suiqəsdə nə ehtiyac var idi?
    -O cavan oğlanın seçkilərdə qazanacağına dair məlumatımız var idi.
    -Məni nə edəcəksiniz? Suiqəsd olmayacağını dedilər. 
    -İcazənizlə sizi doktor Graf və doktor Voelker ilə tanış etmək istəyirəm.
    İkisizdə prezidentə salam verib, gülümsədilər. 
    -Mənə nə edəcəksiniz?
    -Xahiş edirəm bir dəqiqə icazə verin. Adamlarıma bir neçə sual verəcəm. Karl, Benzerlə hər şey yolunda getdi?
    -Həll olundu. Bağdan zəng etmişdik. Benzer hava limanına tam vaxtında çatıb və sonra da hava şəraitinə görə səyahəti sabaha ertələdiyini deyib. Yağışlı havada maşınla gəzməyi xoşladığını deyib...
    -Bəs sonra?
    -Artıq yoxdur.
    -Çox yaxşı. Elə isə işimizi görək. Tarix və Elmin görüş vaxtı gəldi.
    Mühafizlər prezidenti qaldırıb iki cərrahiyyə stolundan birinə apardılar. Soyunmasını istədilər. Qoca adam o birisinə uzandı. Doktor Graf və doktor Voelker lazımi paltarları geyib, hazırlaşdılar.
    Uzanan bu iki adamdan cavan olanı cərrahiyə stolundan qalxdı. Prezidentin libasını geyindikdən sonra divardakı güzgüyə baxdı. Beş dəqiqə özünə baxdı. Sonra çevrildi.
    -Möcüzə. Əməliyyat izi belə yoxdur.Qardaşlar təbriklər! Necə edirsiniz bunu?
    -Bilirsən Adolf, son illərdə tib..
    -DUR! Mənə heç vaxt Adolf deyə xitab etməyin... O gün gəlincəyə qədər heç vaxt! O günə qədər almanca danışılmayacaq. Mən indi Amerika Birləşmiş Ştatlarının prezidentiyəm!
    -Bəli, Cənab Prezident!
    Sonra əlini dodağının üstünə apardı:
    -Bığımın yoxluğunu hiss edirəm amma!
    Güldülər. Sonra bir daha, " qocaya nə oldu” sualını verdi.
    -Yatırtdıq. İyirmi dörd saatdan əvvəl qalxmayacaq. Hal hazırda hər şey... Bütün cərrahi əşyalar parçalanıb və əridilib. Tək ehtiyacımız olan şey buradan getməkdir- dedi, doktor Graf. Əlavə etdi ki, - Amma... Prezidentim, məndən soruşsanız bu kişinin yox edilməsini...
    -Xeyr, sizə dedim. O artıq yazığın biridir. Mənim kimi o da biraz qocalığın əziyyətlərini görsün.
    Gedib kişiyə baxdı. Səksən yaşı olan ağ saçlı bir qocayı gördü.
    -Sabahları onun evində olacam. Görəsən arvadı sevişməyimdən xoşlanacaq?
    -Xoşlanacağından əminəm, Führer... Bağışlayın! Xahiş edirəm! Sevişməyinizdən xoşlanacağına əminəm, Cənab Prezidentim.
    -Elə isə çıxaq. Doktorlar əvvəlcə çıxıb getsinlər. Geri qalanlar... Bir bir, iki iki bizdə gedirik... Sonra maşın dəyişdiriləcək və Ağ Evdə yaxşıca yatılacaq.
    Ağ saçlı adam oyandı. Otaqda tək idi. Qaça bilərdi. Qalxıb paltarlarını axtarmağa başladı. Birdən güzgüdə qoca bir adam gördü.
    Mümkün deyil deyə fikirləşdi. Yox!
    Qolunu qaldırdı. Güzgüdəki adam da qolunu qaldırdı. Güzgüyə doğru yeridi, qoca adam böyüdü. Əllərinə baxdı, bürüşmüz əllər onunku deyildi. Ayaqlarına baxdı, onun ayaqları deyildi. Bu ümumiyyətlə onun vücudu deyildi.
    -Allahım!... Allahım, - deyə yüksək səslə qışqırdı.
    Səsini eşitdi. Səsi belə onun səsi deyildi. Səs tellərini də nəql etmişdilər. Barmaqlarını boğazına apardı, iz-miz yox idi. Bircə iz belə yox idi. Qoca adamın paltarını geyindi, qaçaraq pilləkənlərdən endi. İlk qapısnı vurduğu qapının üstündə "Ev sahibi” yazısı var idi.
    Qapı açıldı, qapıda qoca bir qadın var idi.
    -Bəli Cənab Tilson
    -Cənab Tilson? Xanım, mən Amerika Birləşmiş Ştatlarının prezidentiyəm! Bu çox vacib məsələdir!
    -Bəzən çox gülməli olursunuz.
    -Telefon haradadır?
    -Həmişə olduğu yerdə. Giriş qapısının sol tərəfində.
    Ciblərini yoxladı. Az miqdar pulu var idi. Pul kisəsinə baxdı, on səkkiz dolları var idi. Taksafona pul atdı.
    -Xanım buranın ünvanı necədir?
    -Cənab Tilson, ünvanı bilirsiniz. Neçə ildir burada yaşayırsınız. Bugün çox qəribə hərəkət edirsiniz. Əlavə olaraq sizə bir demək istədiyim bir şey daha var!
    -Nə... NƏ?
    -Bugün kirayə pulunu verməlisiniz!
    -Xanım, xahiş edirəm ünvanı deyin.
    -Sanki bilmirsiniz! 2435 Şoreham Drayv.
    -Alo, taksidir? 2435 Şoreham Drayva taksi göndərilməsini istəyirəm. 1-ci mərtəbədə gözləyəcəm... Adım? Şey... Nə isə Tilson yazın.
    Düşünürdü; ağ evə getməyin mənası yoxdur. Orayı işğal ediblər. Ən tanınmış qəzetə gedəcəm. Hər şeyi danışacam! Hər şeyi!
    Digər xəstələr ona güldülər. "Bu kişiyi görürsünüz? Bu diktarora oxşayan adam, amma bir az qoca görsənən. Bir ay əvvəl bura gəldiyində özünün ABŞ prezidenti olduğunu deyirdi. İndi çox demir. Qəzet oxumağı çox sevir. Həyatımda onun kimi bir adam görməmişəm. Siyasəti yaxşı bilir. Onu bu vəziyyətə salan, dəli edən də elə deyəsən bu olub- Siyasət!”
    Yemək üçün xəstələri çağırdılar. Bütün xəstələr qalxdı ki, getsin. Biri xaricində.
    Tibb bacılarından biri onun yanına getdi.
    -Cənab Tilson?
    Cavab verilmədi.
    -CƏNAB TİLSON!
    -Nə... Buyurun.
    -Cənab Tilson yemək vaxtıdır!
    Ağ saçlı qoca adam qalxdı, yavaş yavaş yemək salonuna getdi.

    Tərcüməçi: Aqşin
    Yazar: ???
    ­2013
  • avqust 2024, Aqşin M.

  • 453
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......